Redaktor
Abşeronda təhlükəli ərazi plana düşdü - Əhaliyə kompensasiya ödəniləcək
Abşeron rayonunun Məmmədli kəndində Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna yaxın böyük bir ərazi plana düşüb.
Buna səbəb həmin ərazinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazının (CH4) aşkar edilməsi göstərilir.
Bununla əlaqədar sözügedən istiqamətdə kimin evi, həyətyanı sahəsi varsa, artıq həmin sakinlərdən müvafiq sənədlərin yığılmasına başlanılıb. Məlumata görə, plana düşən ərazilərdə hər sota görə sakinlərə yüksək məbləğdə kompensasiya ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, plana düşən ərazilər Böyükşor-Pirşağı yeni avtomobil yolunun ətrafında yerləşir.
Xatırladaq ki, 27 noyabr 2025-ci ildə Abşeron rayonunun Məmmədli kəndində Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazı (CH4) aşkar edilmişdi.
İlkin olaraq Fövqəladə Hallar Nazirliyi (FHN), "Azəriqaz" İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib etmişdilər.
Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılmış və metan qazı aşkarlanmışdı. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılmışdı.
Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, FHN, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılmışdı.
©Oxu.az
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİcbari avtosığorta üzrə ən pis xidmət bu iki sığortaya məxsusdur - CƏDVƏL
12.01.2026Azərbaycanda 8 dövlət qurumu ləğv edilib
12.01.2026Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
12.01.2026Deputat öz yerinə onu təyin etdi
12.01.2026Sabah Bakıda sulu qar yağacaq - XƏBƏRDARLIQ
12.01.2026Kibertəhlükəsizlik şirkəti 15 milyon dollar investisiya alıb
12.01.2026Azərbaycanda 100 mindən çox su sayğacı dəyişdiriləcək
12.01.2026Dünyanın ən varlı biznes simalarının mütləq iştirak etdiyi tədbirlər
12.01.2026Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət
12.01.2026"Evrascon"da böhran: Abid Şərifova məxsus şirkətin borcu 3,6 milyona çatıb
12.01.2026Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu dayandırır
12.01.2026Nazirlər Kabinetinə siyahı təqdim ediləcək, məcburi köçürmələr olacaq
12.01.2026Bəzi göllər qurudulub yerində binalar tikilib - Agentlik sədri Prezidentə məlumat verdi
12.01.2026Zaur Mikayılov: "Bakıda su və kanalizasiya sistemləri istismar müddətini başa vurub"
12.01.2026Prezident müşavirə keçirdi - YENİLƏNİB
12.01.2026Bakı və Abşeronda su təchizatı - 10 illik Dövlət Proqramı təsdiqləndi
12.01.2026"AZCON Holding"in şirkətindən Mərkəzi Banka TRANSFER
12.01.2026"X" "Grok"un vizual yaratma funksiyasını ödənişli etdi
12.01.2026