30 ildir "Coca-Cola"da işləyirdi, rəhbər vəzifəyə təyin olundu

Redaktor

12.12.2025 13:00
35

30 ildir "Coca-Cola"da işləyirdi, rəhbər vəzifəyə təyin olundu

“The Coca-Cola Company” 2026-cı il 31 mart tarixindən etibarən Enrike Braunun baş icraçı direktor (CEO) vəzifəsinə təyin ediləcəyini elan edib. 

Valyuta.az xəbər verir ki, hazırda İcraçı vitse-prezident və Baş əməliyyat direktoru vəzifəsini icra edən Braun bu postda 9 ildir şirkətə rəhbərlik edən Ceyms Kuinsini əvəz edəcək.

Kuinsi isə “Coca-Cola”nın Direktorlar Şurasının icraedici sədri kimi fəaliyyətini davam etdirəcək. Direktorlar Şurası həmçinin 57 yaşlı Braunun 2026-cı ildə keçiriləcək illik ümumi yığıncaqda şuraya üzv seçilməsi üçün namizəd irəli sürülməsini planlaşdırır.

Liderlik dəyişikliyi şirkətin gələcək inkişaf planları çərçivəsində həyata keçirilir. 60 yaşlı Ceyms Kuinsi CEO vəzifəsindən uğurlu bir rəhbərlik dövrünü başa vuraraq ayrılır. Onun rəhbərliyi altında “Coca-Cola” tam içki şirkəti modelinə keçid edib, brend portfelinə 10-dan çox milyard dollarlıq yeni marka əlavə olunub və marketinq yanaşması modernləşdirilib. 

Enrike Braun isə bu möhkəm təməllər üzərində şirkətin artımını davam etdirməyi və texnologiyadan istifadənin genişləndirilməsini hədəfləyir. Onun prioritetləri arasında qlobal bazarlarda yeni artım imkanlarının müəyyənləşdirilməsi və istehlakçılara daha yaxın olmaq dayanır.

Braun 1996-cı ildən şirkətdə çalışır və bu müddət ərzində Latın Amerikası, Asiya və Avropa üzrə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, hazırda “Coca-Cola”nın bütün qlobal əməliyyatlarına rəhbərlik edir.

O, Rio-de-Janeyro Federal Universitetində kənd təsərrüfatı mühəndisliyi üzrə bakalavr, Miçiqan Dövlət Universitetində magistr və Corciya Dövlət Universitetində MBA dərəcəsi alıb.

“Bu yeni rolu üzərimə götürmək mənim üçün böyük şərəfdir. Ceymsin rəhbərliyi dövründə atılan mühüm addımları davam etdirməyə və şirkətin gələcək inkişafını təmin etməyə sadiqəm”, - deyə Braun bildirib.

Direktorlar Şurasının müstəqil baş direktoru Devid Vaynberq bildirib ki, Kuinsinin liderliyi ilə “Coca-Cola” qlobal səviyyədə yeni mərhələyə keçid edib və Braun bu irsi davam etdirməyə hazırdır.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...