Redaktor
Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu
Dələduzluq cinayəti ilə bağlı daha bir məhkəmə istintaqı sona çatıb.
Valyuta.az xəbər verir ki, cinayət hadisəsi Gəncə şəhərində baş verib.
Elşad adlı şəxs vətəndaşları işə düzəltəmək və təqaüdlərin bərpa edilməsi adı ilə aldadıb.
İttiham aktına görə, təqsirləndirilən şəxs zərərçəkmişlərdən birinə onu Gəncə Şəhər Nizami Rayon Məhkəməsində operator vəzifəsinə düzəldəcəyini deyərək bunun müqabilində 4500 manat alıb.
Bundan başqa, Elşad daha 9 nəfərə qarşı təqaüdlərin bərpası adı ilə dələduzluq əməli törədib. O, zərərçəkmişlərdən toplam olaraq 38 050 manat pul alıb.
Verdiyi vədi yerinə yetirmədiyinə görə zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət edib. Elşad saxlanılıb və daha sonra ona qarşı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin məhkəmə istintaqı Gəncə Şəhər Məhkəməsində aparılıb.
Məhkəmə Elşadı verilmiş ittiham üzrə təqsirli bilərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Onun həsbdə saxlanıldığı 4 ay 16 gün müddət ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 1 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
©Qaynarinfo
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Türk tankerinə dron zərbəsi: 140 min ton neft daşıyan gəmi vuruldu
26.03.2026OPEK Fondu Azərbaycana 110 milyon dollardan çox vəsait ayırıb
26.03.2026Azərbaycan nefti ucuzlaşdı
26.03.2026Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR
26.03.2026Müharibədən sonra qadınlara zərifliyi qaytarmaq istədi - brend yaratdı - SƏHƏR OXUSU
26.03.2026Keçmiş "Google" rəhbəri BBC-yə baş direktor təyin olundu
25.03.2026"Meta" alış-verişi asanlaşdırmaq üçün süni intellektə yönəlir
25.03.2026"Epic Games" 1000-dən çox əməkdaşını ixtisar edəcək
25.03.2026Neft və qaz hasilatı 4,5 milyard manatı ötüb
25.03.2026"Qeyri-dost ölkələr" Rusiyada 610 milyard dollar gəlirdən məhrum olub
25.03.2026Bank hesablarını boşaldan gizli təhlükə: SIM dəyişdirmə nədir?
25.03.2026"Deepfake" tələlərindən qorunmağın 5 effektiv yolu
25.03.2026Bakıda kirayə qiymətləri son bir ildə niyə çox artıb? - VİDEO
25.03.2026