Redaktor
Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı
Azərbaycanda minlərlə ailə hələ də pullarını bankda deyil, evdə – sandıqda, şkafda, “təhlükəsiz yer” adlandırılan künclərdə saxlayır. Amma səssizcə artan inflyasiya bu pulların üzərinə toxunmadan, onların dəyərini gündən-günə əridir.
Əsl sual isə budur: evdə saxlanan pulu necə inflyasiyadan qoruya bilərik?
İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a açıqlamasında qeyd edir ki, pulu evdə "yastıq altında" saxlamaq itki deməkdir: "Bir müddət əvvəl Mərkəzi Bank rəhbərliyi də qeyd etmişdi ki, Azərbaycanda insanların evdə saxladığı pulların həcmi 10 milyard manat ətrafındadır. Bu, adambaşına təxminən 1000 manat deməkdir ki, əslində, bu, o qədər də böyük məbləğ sayılmır. Amma bütün hallarda aylıq ehtiyac tələbindən artıq evdə saxlanılan pul "ölü kapital" sayılır. Buna görə də bir mənalı şəkildə belə ölü kapitalın evdə saxlanılması tövsiyə edilmir. Hazırda banklar tərəfindən aylıq, 3 aylıq, 1 illik və ya gündəlik yığım hesablarının açılması və əlavə faizlərin təklif olunması mümkündür. Buna görə də əhalinin vəsaitlərinin – heç olmasa inflyasiyanın mənfi təsirlərindən qorunmaq məqsədilə – əmanət şəklində banklara yerləşdirilməsi məqsədəuyğundur. Lakin bu zaman düzgün bank seçilməli, həmin bankın əmanətləri sığortalayan sistemə üzv olub-olmaması araşdırılmalı və müştəri şəffaf şərtlər əsasında qərar verməlidir. Bununla yanaşı, əmanətin məbləği də önəmlidir".
Bütün hallarda pulun evdə saxlanılması – hər 100 manatın hər növbəti il üçün təxminən 8-10 manat dəyər itirməsi deməkdir.
"Əgər vəsait daha böyükdürsə, onu daşınmaz əmlaka yönəltmək də mümkündür ki, bu, Azərbaycanda geniş yayılmış investisiya üsuludur. Qəti şəkildə tövsiyə olunmayan məqamlardan biri isə vəsaitin zinət əşyalarına yönəldilərək investisiya kimi qiymətləndirilməsidir. Zinət əşyalarına yatırılan pul investisiya hesab olunmur, çünki bu əşyaların alış qiyməti ilə satış qiyməti arasında ciddi fərq olur. Nəticədə, ehtiyac zamanı vətəndaş zinət əşyasını satarkən ciddi maliyyə itkisi ilə üzləşə bilər" - deyə E.Əmirov qeyd edir.

Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025Aeroport yolunda sürət həddi endirildi
15.12.2025Cəbrayılda milyonluq tender elan edilib
15.12.2025Şəxsiyyət və sürücülük vəsiqələri bu qaydada veriləcək - YENİLİK
15.12.2025İnsanlar riski kağız üzərində idarə edir, amma küçədəki sınaq...
15.12.2025Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək - Amma bir şərt var
15.12.2025"Apple" 2026-cı ilin əvvəlində qiymətləri kəskin artıracaq
15.12.2025Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi
15.12.2025Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE
15.12.2025Prezident nazirliyin işçilərini təltif etdi - SİYAHI
15.12.2025Pulunuzu evdə saxlayırsınızsa, hər 100 manatdan 10 manat itirirsiniz - İqtisadçı
15.12.2025Prezident 3 nəfərə general rütbəsi verdi - SƏRƏNCAM
15.12.2025Rabitəbank “11:FS PULSE” Platforması ilə əməkdaşlığa başladı ®
15.12.2025Naxçıvan Ali Məhkəməsinə yeni sədr təyin olundu
15.12.2025“Top Qapı" restoranı satışa çıxarılır
15.12.2025Ceyms Kemeron artıq milyarderdir
15.12.2025Azərbaycanda geniş pul kütləsi 47 milyard manatı ötüb
15.12.2025