Redaktor
Ən pis ay: Bitkoin 2022-ci ildən bəri ən böyük enişə doğru gedir
Noyabr ayında Bitkoin öz dəyərinin təxminən 23%-ni itirib ki, bu da 2022-ci ilin iyunundan bəri ən böyük aylıq enişdir.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Qeyd olunur ki, cümə günü Bitkoin 6,4% enərək 81 629 dollara düşüb, daha sonra isə kriptovalyuta müəyyən qədər bərpa olunub. London vaxtı ilə səhər 7:42-də o, 84 166 dollardan ticarət olunurdu. Eyni zamanda ikinci ən populyar kriptovalyuta olan Ether 7,6% enərək 2700 dolların altına düşüb.
Donald Tramp və digər bir sıra institutların kriptoindustriyaya olan rəğbətinə baxmayaraq, bitkoin oktyabrın əvvəlində qeydə alınan rekord maksimumundan 30%-dən çox dəyər itirib.
Eniş 10 oktyabrda fyuçers mövqelərinin genişmiqyaslı likvidasiyasından sonra davam edib. Bu proses bütün kriptovalyutaların birgə bazar dəyərindən təxminən 1,5 trilyon dolların silinməsinə səbəb olub. Üstəlik, yalnız son sutkada əlavə 2 milyard dollar kredit mövqeyi də likvidasiya edilib.
"Bazarda əhval-ruhiyyə son dərəcə pisdir. Görünür, bazarda məcburi satıcı peyda olub və bunun nə qədər ciddi olduğu hələ ki, aydın deyil", deyə Avstraliyanın "Apollo Crypto" hedc-fondunun portfel meneceri Pratik Kala bildirib.
6 oktyabrda ən populyar kriptovalyuta olan Bitkoin 126 000 dollardan yüksək rekord səviyyəyə çatıb. Lakin artıq 10 oktyabrda ABŞ prezidenti Donald Trampın Çin mallarına 100%-lik əlavə rüsum tətbiqi və proqram təminatının ixracına nəzarətin gücləndirilməsi barədə bəyanatı səbəbilə kriptovalyuta bazarı ən kəskin çökmələrdən birini yaşayıb.
5 noyabrda Bitkoin ilk dəfə iyundan bəri 100 000 dollar səviyyəsindən aşağı düşüb ki, bu da bir ay əvvəlki rekorddan 20%-dən çox eniş deməkdir.
18 noyabrda isə Bitkoin yeddi ay ərzində ilk dəfə 90 000 dolların altına enib. Bu, investorların maliyyə bazarlarında riskli əməliyyatlara marağının tükəndiyini göstərir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025