Redaktor
"Bravo" marketdə endirim "yanlışlığı": 4.4 AZN-lik məhsulu 9.27 AZN-ə satdılar
Böyük supermarket şəbəkələrində bəzi məhsulların vitrində göstərilənlə kassadakı qiymətinin üst-üstə düşməməsi problemi hələ də davam edir. Market işçiləri bunu texniki səhv və ya diqqətsizliklə izah etsələr də, son nəticədə bu vəziyyət kassada ödəniş zamanı məbləğə diqqət etməyən yüzlərlə müştərinin “cibinə girmək” kimi qiymətləndirilir.
Oxşar hadisələrdən biri də “Bravo” supermarketlər şəbəkəsində yaşanıb. Belə ki, “Bravo”dan alış-veriş edən jurnalist Bahadur Seyidov etiketdə endirimli göstərilən məhsulun kassada fərqli qiymətlə təqdim olunmasından şikayətçidir.
Valyuta.az xəbər verir ki, o, məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edib.
B.Seyidovun sözlərinə görə, etiketdə 9 manatlıq diş məcununun 4.4 AZN endirimli olduğu göstərilsə də, kassada ondan 9.27 AZN tutulub.
Şikayətçi deyir ki, kassada məsələ barədə bildirdikdən sonra “yanlışlıq olub, məbləğ kartınıza qaytarılacaq” deyilsə də, artıq 14 gün keçməsinə baxmayaraq vəsait geri qaytarılmayıb:
“Mən də "Bravo" marketin əlaqə nömrəsinə yazdım. Onlar məndən noyabr ayı üzrə kart çıxarışı istəyirlər. Kapital Bank isə çıxarışı 20 manata verir.
İndi tərəddüd edirəm: 4.4 manatlıq mal üçün 20 manatlıq çıxarış almaq nə dərəcədə sərfəlidir? Yəni nəticədə mənin nə qədər xeyirim olacaq?”.
Məsələ ilə bağlı "Bravo" marketə sorğu ünvanlamışıq.
©BakuPost
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb
04.12.2025Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?
04.12.2025Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı
04.12.2025Bu şəxlərə 2000 manat veriləcək
04.12.2025Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?
04.12.2025Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?
04.12.2025Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...
04.12.2025İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr
04.12.2025“iPhone 17” satışları rekord qırır
04.12.2025Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək
04.12.2025Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir
04.12.2025Dünyada dollar milyarderlərinin sayı artıb
04.12.2025Nazirliyin vəzifəli şəxsi cərimələndi
04.12.2025“Brevo” 583 milyon dollar investisiya alıb
04.12.2025"İvanovka"da məhsul satışı qadağan edildi
04.12.202513 milyon maaş alacaq
04.12.2025Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? - CƏDVƏL
04.12.2025