“Zeytun Pharmaceuticals” ilə 6,48 milyonluq müqavilə imzalanıb

Redaktor

27.02.2026 18:15
40

“Zeytun Pharmaceuticals” ilə 6,48 milyonluq müqavilə imzalanıb

“İnnovasiya və Təchizat Mərkəzi” ilə “Zeytun Pharmaceuticals” MMC arasında müqavilə imzalanıb.

Valyuta.az xəbər verir ki, müqavilə dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin satın alınmasını nəzərdə tutur.

Tərəflər arasında bağlanan müqavilənin dəyəri 6 489 554,55 manatdır.

Nizamnamə kapitalı 4 000 manat olan MMC-nin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur.

Qeyd edək ki, Bəhruz Şirəliyev vaxtilə “Rəvan” futbol klubunun vitse-prezidenti vəzifəsində çalışıb.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...