Redaktor
Azərbaycan 7 ölkədən səməni idxal edib - SİYAHI/MƏBLƏĞ
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan xarici ölkələrdən 154,38 ton qovrulmuş səməni idxal edib.
Valyuta.az xəbər verir ki, idxal olunan məhsulun ümumi dəyəri 136,2 min ABŞ dolları təşkil edib. Bu isə orta hesabla bir kiloqram üçün təxminən 0,88 dollar və ya 1,50 manat deməkdir.
Hesabat dövründə qovrulmuş səməni 7 ölkədən - Rusiya, Türkiyə, Almaniya, Belçika, Finlandiya, Polşa və Slovakiyadan idxal olunub.
Belə ki, ən böyük həcm Slovakiyanın payına düşüb. Belə ki, bu ölkədən 110,8 ton həcmində, 97,84 min ABŞ dolları dəyərində məhsul gətirilib. Slovakiyadan idxal olunan səmənin bir kiloqramının qiyməti 0,88 dollar və ya 1,50 manat olub.
Rusiyadan 37,1 ton olmaqla 22,6 min ABŞ dolları dəyərində səməni idxal edilib. Bu ölkədən gətirilən məhsulun bir kiloqramı 0,61 dollar və ya 1,04 manata başa gəlib.
Almaniyadan 2,98 ton həcmində 9,95 min ABŞ dolları dəyərində səməni gətirilib. Bir kiloqramın qiyməti 3,34 dollar və ya 5,68 manat olub.
Belçikadan 2 ton olmaqla 2,62 min ABŞ dolları dəyərində idxal qeydə alınıb. Bu isə bir kiloqram üçün 1,31 dollar və ya 2,23 manat təşkil edib.
Polşadan 0,7 ton həcmində 1,01 min ABŞ dolları dəyərində məhsul idxal olunub. Bir kiloqramın qiyməti 1,44 dollar və ya 2,45 manat olub.
Finlandiyadan isə 0,5 ton olmaqla 0,6 min ABŞ dolları dəyərində səməni gətirilib. Bu ölkədən idxal olunan məhsulun bir kiloqramı 1,20 dollar və ya 2,04 manat olub.
Ən bahalı səməni Türkiyədən idxal edilib. Belə ki, bu ölkədən 0,3 ton həcmində 1,58 min ABŞ dolları dəyərində məhsul alınıb. Bir kiloqramın qiyməti 5,27 dollar və ya 8,96 manat təşkil edib.
Beləliklə, idxalın əsas hissəsi Slovakiyanın payına düşüb, ən yüksək qiymət isə Türkiyədən gətirilən məhsulda qeydə alınıb.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026