İcbari Sığorta Bürosunda yeni təyinat

Redaktor

27.02.2026 15:30
1,008

İcbari Sığorta Bürosunda yeni təyinat

İcbari Sığorta Bürosunda yeni kadr təyinatı olub.

Valyuta.az-ın məlumatına görə, Ramilla Məmmədova İcbari Sığorta Bürosunun Korporativ Xidmətlər Departamenti, Ümumi Şöbənin rəisi vəzifəsinə təyin edilib.

R.Məmmədova bundan əvvəl 2024–2026-cı illərdə “Synergia Academy”də Təlim meneceri, 2024-cü ildə “AzerGold” QSC-də sənədlərə nəzarət üzrə aparıcı mütəxəssis, 2011–2024-cü illərdə “Azercell Telecom” MMC-də Hüquq, Etika və Uyğunluq Departamentində ekspert, 2004–2011-ci illərdə “BP” şirkətində, 2007–2008-ci illərdə isə Səhiyyə Nazirliyində tərcüməçi vəzifəsində çalışıb.

Həmçinin 2023-cü ildən etibarən Bakı Ali Neft Məktəbinin MBA şöbəsində elmi rəhbər (PhD namizədləri üzrə) vəzifəsində fəaliyyət göstərir.

O, 1997–1999-cu illərdə Moskva Dövlət Pedaqoji Universitetində linqvistika ixtisası üzrə bakalavr, 1999–2001-ci illərdə Gəncə Dövlət Universitetində ingilis filologiyası ixtisası üzrə bakalavr, 2002–2005-ci illərdə həmin universitetdə filologiya ixtisası üzrə magistr, 2005–2012-ci illərdə isə Azərbaycan Dillər Universitetində xarici dillər (tərcümə) ixtisası üzrə fəlsəfə doktoru (PhD) təhsili alıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. 

Bununla yanaşı Böyük Britaniyada Nottingham Trent Universitetində və Avstriya Dövlət Universitetində ixtisasartırma kursları keçib.

Qeyd edək ki, o, rus, ingilis və ispan dillərini bilir.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Məzənnə

Yüklənir...