Ölkədə istehsalın artması bahalaşmanı azalda bilər?

Redaktor

27.02.2026 13:45
148

Ölkədə istehsalın artması bahalaşmanı azalda bilər? - İqtisadçıdan açıqlama

Mağazalarda və bazarlarda qiymətlərin artması cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Çox vaxt çıxış yolu kimi yerli istehsalın genişləndirilməsi göstərilir və bunun qiymətləri aşağı salacağı düşünülür. Lakin iqtisadi reallıq daha mürəkkəbdir.

Bəs həqiqətən yerli istehsalın artması bahalaşmanı azalda bilər?

İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a bildirir ki, yerli istehsalın artması bahalaşmanı yalnız o halda azalda bilər ki, istehsal olunan məhsulun maya dəyəri ölkə daxilində xaricdən idxal edilən məhsullarla rəqabət aparmağa imkan versin:

“Əgər məhsulun maya dəyəri yüksəkdirsə və nəticədə bazarda son istehlakçı üçün satış qiyməti daha baha formalaşırsa, bu halda yerli məhsul idxal olunan məhsullarla rəqabətdə uduzacaq. Belə vəziyyət isə nəticə etibarilə yerli istehsalın fəaliyyətinin dayanmasına səbəb ola bilər. Çünki rentabelli olmayan fəaliyyət uzunmüddətli perspektivdə mümkün deyil. Qısamüddətli dövrdə rentabellik aşağı səviyyədə ola bilər, lakin uzunmüddətli dövrdə zərərli iqtisadi fəaliyyət dayanıqlı olmur. Bu kontekstdə “Yerli istehsal bahalaşmanı azaldırmı?” sualına birmənalı cavab vermək mümkün deyil. Bu, yerli istehsalın maya dəyəri, rəqabət qabiliyyəti və digər iqtisadi parametrlərindən asılıdır”.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...