Redaktor
“Burger King” 10 ildən sonra ilk dəfə “Whopper”i dəyişir
“Burger King” məşhur “Whopper” burgerində son 10 ilə yaxın müddətdə ilk dəfə dəyişiklik edir. Şirkət bu addımın müştərilərin çoxsaylı müraciətlərindən sonra atıldığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, fast-food şəbəkələri menyularını tez-tez yeniləsə də, hər brendin simvolik məhsulu olur. “McDonald’s” üçün “Big Mac” nədirsə, “Burger King” üçün də “Whopper” odur.
Alovda qızardılmış kotlet, kahı, pomidor, soğan, turşu xiyar, ketçup və mayonezlə hazırlanaraq küncütlü bulkada təqdim edilən “Whopper” uzun illərdir brendin əsas məhsulu sayılır. Şirkət hətta müştərilərə birbaşa brend prezidenti Tom Kurtisə mesaj və ya zəng etmə imkanı da yaradıb.
“Whopper”də hansı dəyişikliklər edilib?
Şirkət açıqlayıb ki, burgerdə üç kiçik, lakin diqqətəlayiq yenilik tətbiq olunub:
Qablaşdırma dəyişir: “Whopper” artıq kağıza bükülmüş formada deyil, xüsusi qutuda təqdim olunacaq. Bu, burgerin formasının pozulmaması və içliklərin kənara axmaması üçün nəzərdə tutulub.
Bulkada yenilik: Bulkada keyfiyyət və dad baxımından təkmilləşdirmə edilib.
Mayonez yenilənib: Daha premium və zəngin dad üçün mayonezin tərkibi dəyişdirilib.
Burgerin əsas tərkibi - dörddəbir funtluq (quarter-pound) alovda qızardılmış mal əti kotleti, kahı, pomidor, soğan, turşu xiyar, ketçup və mayonez – dəyişməz qalır.
“Whopper bir ikonadır, ona görə də onu yenidən ixtira etmək niyyətində deyildik. Sadəcə müştərilərin birbaşa rəylərinə əsaslanaraq onu daha da təkmilləşdirdik”, - deyə şirkət prezidenti Tom Kurtis bildirib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKönüllü sığorta yığımlarında 4 milyonluq itki
27.02.2026Dollardan qaçış qızıla təkan verəcəkmi? - "JPMorgan"dan rekord ssenari
27.02.2026
Milli valyutada əmanətə ən yüksək faiz verən rayonlar - SİYAHI
27.02.2026
Ölkədə istehsalın artması bahalaşmanı azalda bilər? - İqtisadçıdan açıqlama
27.02.2026Həyat sığortası üzrə ödənişlər 11 milyon manatdan çox artıb
27.02.2026Dövlət büdcəsinin gəlirləri 39 milyardı ötdü
27.02.2026"Qazprom neft"in vitse-prezidenti həbs edilib
27.02.2026Sulu qar, qar yağacaq
27.02.2026
Nigar Əkbərovaya dövlət qurumunda yüksək vəzifə verildi
27.02.2026“Burger King” 10 ildən sonra ilk dəfə “Whopper”i dəyişir
27.02.2026
Bakı hotelləri 3 ayda 25 milyonu nədən qazanıb?
27.02.2026Mərkəzi Bankın tenderi ləğv edildi - SƏBƏB
27.02.2026"Harper" 47 milyon dollar investisiya alıb
27.02.2026İlham Əliyev Efiopiyanın Baş naziri ilə görüşdü
27.02.2026Sərsəng su anbarı 16 milyona təmir ediləcək
27.02.2026
Kredit faizləri banklara nə qədər qazandırıb?
27.02.2026BP-yə yeni vitse-prezident təyin olundu
27.02.2026