Bakı hotelləri 3 ayda 25 milyonu nədən qazanıb?

Redaktor

27.02.2026 11:45
101

Bakı hotelləri 3 ayda 25 milyonu nədən qazanıb?

2025-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində fəaliyyət göstərən hotel və mehmanxanalar ümumi 100 milyon 712 min manat gəlir əldə edib. 

Valyuta.az xəbər verir ki, 2024-cü ilin müvafiq dövründə isə paytaxt hotel və mehmanxanalarının gəlirləri 177 milyon 981,7 min manat təşkil edib.

Bu, gəlirlərdə ciddi bir fərqi - 77 milyon 279 min manat və ya 43,41% azalmanın olduğunu göstərir. 

Statistikaya görə, ötən il əldə olunan gəlirin 25 milyon 868,8 min manatı iaşə xidmətləri üzərindən olub. 2024-cü ilin oktyabr-dekabr aylarında isə bu göstərici 27 milyon 655,9 min manat idi. 

Nəticədə Bakıda yerləşən hotel və mehmanxanaların iaşə xidmətlərindən əldə etdiyi gəlirlərdə 1 milyon 787,9 min manat və ya 6,46% azalma olub.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...