Həyat sığortası üzrə ödənişlər 11 milyon manatdan çox artıb

Redaktor

27.02.2026 13:25
80

Həyat sığortası üzrə ödənişlər 11 milyon manatdan çox artıb

2026-cı ilin yanvar ayında həyat sığortası üzrə yığımlar 57 milyon 721 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 106 min manat və ya 3,79 % çoxdur. 2025-ci ilin yanvar ayında həyat sığortası üzrə yığımlar 55 milyon 615 min manat olub.

Həyat sığortası üzrə ödənişlərdə də artım qeydə alınıb. 2026-cı ilin yanvar ayında bu növ sığorta üzrə 40 milyon 668 min manat ödəniş həyata keçirilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11 milyon 580 min manat və ya 39,81 % çoxdur.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar ayında həyat sığortası üzrə ödənişlər 29 milyon 88 min manat təşkil edib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...