Universitet müəlliminə İcbari Sığorta Bürosunda vəzifə verildi

Redaktor

27.02.2026 15:30
139

Universitet müəlliminə İcbari Sığorta Bürosunda vəzifə verildi

İcbari Sığorta Bürosunda yeni təyinat olub.

Valyuta.az-ın məlumatına görə, Ramilla Məmmədova İcbari Sığorta Bürosunda Korporativ Xidmətlər Departamentinin Ümumi İşlər Bölməsinin rəhbəri təyin edilib. 

R.Məmmədova bundan əvvəl 2024-cü ildə “AzerGold” QSC-də Sənədlərə nəzarət üzrə aparıcı mütəxəssis, 2011-2024-cü illərdə “Azercell Telecom” MMC-də Hüquq, Etika və Uyğunluq Departamentində ekspert, 2004-2011-ci illərdə "BP" şirkətində, 2007-2008-ci illərdə Səhiyyə Nazirliyində tərcüməçi vəzifəsində çalışıb.

Həmçinin 2023-cü ildən etibarən Bakı Ali Neft Məktəbinin MBA şöbəsində elmi rəhbər (PhD namizədləri üzrə) vəzifəsində fəaliyyət göstərir.

O, 1997-1999-cu illərdə Moskva Dövlət Pedaqoji Universitetində linqvistika ixtisası üzrə bakalavr, 1999-2001-ci illərdə Gəncə Dövlət Universitetində ingilis filologiyası ixtisası üzrə bakalavr, 2002-2005-ci illərdə həmin universitetdə filologiya ixtisası üzrə magistr, 2005-2012-ci illərdə isə Azərbaycan Dillər Universitetində xarici dillər (tərcümə) ixtisası üzrə fəlsəfə doktoru (PhD) təhsili alıb.    

Qeyd edək ki, o, rus və ingilis dillərini bilir.

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...