Bakı Biznes Mərkəzi borca düşüb

Redaktor

27.02.2026 16:19
65

Bakı Biznes Mərkəzi borca düşüb

İqtisadiyyat Nazirliyinə məxsus Bakı Biznes Mərkəzi MMC borca düşüb.

Valyuta.az-ın Milli.az-a istinadən məlumatına görə, Mərkəzin  Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2370.65 manat borcu olduğu üzə çıxıb.

Qeyd edək ki, Bakı Biznes Mərkəzi 2007-ci ildə 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, Dənizkənarı Milli Parkda yerləşir. Təxmin bir ildir şirkətə rəhbərliyi İlham Qurbanov icra edir. Ötən ilin martına qədər isə Mərkəzə 15 ildən çox Seyran Məmmədov rəhbərlik edib.

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...