Redaktor
Azərbaycanda məşhur otel bağlandı - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Zaqatala şəhərində yerləşən "Zaqatala" otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Bu barədə Valyuta.az-a Nazirlikdən məlumat verilib.
Xəbərə görə, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilmədiyi məlum olub. Bundan başqa, məlum olub ki, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib, obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından, habelə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb, obyektin ərazisində Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan tikinti-quraşdırma işləri aparılıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş "Zaqatala" mehmanxanasının fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Nvidia" bu il fərdi kompüterlər üçün öz prosessorlarını buraxacaq
27.02.2026“Zeytun Pharmaceuticals” ilə 6,48 milyonluq müqavilə imzalanıb
27.02.2026ABŞ-ın tarif dəyişikliyi: Dollar uduzur, Çin qazanır
27.02.2026"İçərişəhər"də minatəmizləmə fəaliyyətinə icazə verildi
27.02.2026Azərbaycanda məşhur otel bağlandı - FOTOLAR
27.02.2026Azərbaycanda uşaqların sosial şəbəkələrə girişi qadağan olunacaq
27.02.2026Nazir direktoru işdən çıxardı
27.02.2026Milyarder Larri Ellison Trampın qonşuluğuna köçdü
27.02.2026Bakı Biznes Mərkəzi borca düşüb
27.02.2026Şamaxıda 4.7 maqnitudalı zəlzələ olub
27.02.2026Azərbaycan 7 ölkədən səməni idxal edib - SİYAHI/MƏBLƏĞ
27.02.2026İcbari Sığorta Bürosunda yeni təyinat
27.02.2026Könüllü sığorta yığımlarında 4 milyonluq itki
27.02.2026Dollardan qaçış qızıla təkan verəcəkmi? - "JPMorgan"dan rekord ssenari
27.02.2026
Milli valyutada əmanətə ən yüksək faiz verən rayonlar - SİYAHI
27.02.2026