Nazir direktoru işdən çıxardı

Redaktor

27.02.2026 17:00
60

Nazir direktoru işdən çıxardı

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Ağcabədi Pedaqoji Kollecinin direktoru vəzifəsindən azad olunub.

Valyuta.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə 2023-cü ilin dekabr ayında sözügedən vəzifəyə təyin edilən Bəxtiyar Məhəmməd oğlu Əliyev işdən çıxarılıb.

Ağcabədi Pedaqoji Kollecinə direktor əvəzi isə Əhəd Məmmədov təyin olunub.

Qeyd edək ki, Əhəd Məmmədov ötən ilin dekabr ayında Ağcabədi Pedaqoji Kollecinin direktor müavini təyin olunmuşdu.

Fotoda Bəxtiyar Əliyev

Fotoda Əhəd Məmmədov

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...