Redaktor
Azərbaycanın 67 şəhərin Baş planı təsdiq olunub
Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı hazırlanaraq təsdiq olunub.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətov "Təməl" memarlıq müsabiqəsinin mükafatlandırma mərasimində deyib.
Onun sözlərinə görə, qalan şəhərlərin planlarının yenilənməsi üzrə işlər davam edir:
"Qarabağ və Şərqi Zəngəzur regionunda yerləşən 12 şəhərdən 8-nin Baş planı artıq təsdiqlənib. Təsdiq olunan hər bir Baş plan, tətbiq edilən hər bir innovativ alət və reallaşdırılan hər bir layihə gələcək nəsillər üçün daha təhlükəsiz, rahat və insanmərkəzli yaşayış mühitinin möhkəm təməlini qoyub".
N.Hümmətov bildirib ki, 2025-ci il ərzində 7 Baş plan daxil, habelə 363 şəhərsalma əsaslandırılması təsdiq olunub:
"Göytəpə, Laçın, Qovlar, Qubadlı, Liman, Astara və Xudat şəhərlərinin Qarabağ və Şərqi Zəngəzurda 18 yaşayış məntəqəsi üzrə ərazi sənədləri təsdiqlənib, Gəncənin Baş planı son mərhələyə çatdırılıb və təsdiq olunması üçün bu il artıq Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Kasıb olsanız belə, uduzan olmayın - indi gümüşə investisiya edin" - Robert Kiyosaki
27.02.2026Uşaqlarda məzmun istehsalı və rəqəmsal təhlükəsizlik - 6 vacib qayda
27.02.2026
Azərbaycanın 67 şəhərin Baş planı təsdiq olunub
27.02.2026"Nvidia" bu il fərdi kompüterlər üçün öz prosessorlarını buraxacaq
27.02.2026“Zeytun Pharmaceuticals” ilə 6,48 milyonluq müqavilə imzalanıb
27.02.2026ABŞ-ın tarif dəyişikliyi: Dollar uduzur, Çin qazanır
27.02.2026"İçərişəhər"də minatəmizləmə fəaliyyətinə icazə verildi
27.02.2026Azərbaycanda məşhur otel bağlandı - FOTOLAR
27.02.2026Azərbaycanda uşaqların sosial şəbəkələrə girişi qadağan olunacaq
27.02.2026Nazir direktoru işdən çıxardı
27.02.2026Milyarder Larri Ellison Trampın qonşuluğuna köçdü
27.02.2026Bakı Biznes Mərkəzi borca düşüb
27.02.2026Şamaxıda 4.7 maqnitudalı zəlzələ olub
27.02.2026Azərbaycan 7 ölkədən səməni idxal edib - SİYAHI/MƏBLƏĞ
27.02.2026İcbari Sığorta Bürosunda yeni təyinat
27.02.2026Könüllü sığorta yığımlarında 4 milyonluq itki
27.02.2026Dollardan qaçış qızıla təkan verəcəkmi? - "JPMorgan"dan rekord ssenari
27.02.2026
Milli valyutada əmanətə ən yüksək faiz verən rayonlar - SİYAHI
27.02.2026