Yüksək məbləğdə kredit almağın sirləri - Təkcə maaş rol oynamır

Redaktor

08.06.2026 16:25
130

Yüksək məbləğdə kredit almağın sirləri - Təkcə maaş rol oynamır

Yüksək məbləğdə kredit almaq bir çox vətəndaşın maraqlandığı məsələlərdən biridir. Bəziləri hesab edir ki, bunun üçün sadəcə yüksək maaş kifayətdir. Lakin bankların kredit qərarları daha geniş meyarlar əsasında formalaşır. Bəs hansı şəxslərin daha böyük kredit almaq şansı olur?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, vətəndaşa verilən kreditin həcmi bir neçə əsas parametr əsasında müəyyən edilir:

“Burada ilk növbədə kreditin növü nəzərə alınır: “İstehlak məqsədli kreditlərlə biznes məqsədli kreditlər arasında fərq var. İstehlak kreditləri üzrə hər bir bankın öz kredit siyasəti çərçivəsində müəyyən etdiyi limitlər mövcuddur. Adətən, bu kreditlər çox yüksək məbləğdə olmur. Kreditin məbləği vətəndaşın qaytarma qabiliyyətinə uyğun olaraq müəyyən edilir.
Kredit məbləğinin müəyyən edilməsində ən vacib amillərdən biri gəlirlərin səviyyəsidir. Gəlirlərlə kredit məbləği arasında pozitiv korrelyasiya mövcuddur. Vətəndaşın gəlirləri nə qədər yüksəkdirsə, ona daha böyük kredit limiti ayrılması üçün imkanlar da bir o qədər geniş olur. Bankların istifadə etdiyi qiymətləndirmə modelləri yüksək gəlirli şəxslərə daha böyük kredit məbləği təklif etməyə imkan verir.

Digər əsas amil kredit tarixçəsidir. Bu zaman yalnız əvvəlki kreditlərin ödənişi deyil, vətəndaşın ümumi maliyyə intizamı nəzərə alınır. Burada vətəndaşın bütün maliyyə davranışları qiymətləndirilir.

Vergi öhdəliklərinin yerinə yetirilməsi, kommunal xidmət haqlarının ödənilməsi, mövcud kreditlər üzrə davranışı, gecikmələrin olub-olmaması, problemli müştəri statusu daşıyıb-daşımaması, aktiv kreditlərinin həcmi, əvvəllər yaranmış problemli kreditlərin bağlanması kimi faktorlar qiymətləndirməyə təsir göstərir”. 

Ekspert bildirib ki, kredit tarixçəsinin uzunluğu da mühüm göstəricilərdən hesab olunur:

“İlk dəfə kredit götürən vətəndaşlara münasibətdə banklar adətən daha ehtiyatlı davranırlar və daha aşağı məbləğlər təklif edirlər. Lakin zaman keçdikcə maliyyə intizamını sübut edən, öhdəliklərini vaxtında yerinə yetirən müştərilərə münasibətdə kredit limitləri mərhələli şəkildə artırılır”. 
Onun sözlərinə görə, kreditin verilib-verilməməsi və veriləcəyi halda hansı məbləğdə ayrılması məhz bu dörd əsas parametr və həmin parametrləri formalaşdıran çoxsaylı alt göstəricilər əsasında müəyyən edilir:

“Vətəndaş gecikmiş ödənişlərə yol verməməli, problemli müştəri kateqoriyasına düşməməlidir. Bu, kredit imkanlarının genişlənməsi üçün vacib şərtlərdən biridir. Təcrübə göstərir ki, vətəndaşın işlədiyi kredit təşkilatı ilə davamlı münasibətlərinin olması da qiymətləndirmədə nəzərə alınır.

Müştəri eyni bankla uzun müddət əməkdaşlıq etdikdə bank onun maliyyə davranışlarını daha yaxşı tanıyır və bu halda daha yüksək kredit məbləğinin ayrılması mümkün olur. Əksinə, vətəndaş hər dəfə fərqli banklara müraciət etdikdə kredit təşkilatları ona daha ehtiyatlı yanaşa və daha aşağı limit müəyyən edə bilərlər”.

R.Həsənov əlavə edib ki, rəqəmsallaşmanın sürətlənməsi nəticəsində gələcəkdə vətəndaşların maliyyə reytinqi daha geniş göstəricilər əsasında formalaşacaq:

“Bu gün dünyada vətəndaş reytinqi və kredit reytinqi modellərinin inkişafı istiqamətində müzakirələr aparılır. Şəxsin nə qədər məsuliyyətli və intizamlı davranması, vergi və sığorta öhdəliklərini yerinə yetirməsi, kommunal xidmət haqlarını vaxtında ödəməsi, maliyyə institutları qarşısındakı öhdəliklərini icra etməsi onun kredit imkanlarına birbaşa təsir göstərir”.
Ekspertin sözlərinə görə, vətəndaşın biznes fəaliyyəti, əvvəlki defolt tarixçəsinin olub-olmaması və digər maliyyə göstəriciləri də qiymətləndirmədə nəzərə alınır: “Nəticə etibarilə, maliyyə öhdəliklərini məsuliyyətlə yerinə yetirən, sabit gəlirə malik olan və müsbət kredit tarixçəsi formalaşdıran şəxslərin daha yüksək məbləğdə kredit almaq imkanları da artır”.

Mələksəda Ziyad

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Balıqçılıq müəssisələri də güzəştli kredit ala biləcəklər

08.06.2026

Azərbaycanlı biznesmen 1 həftəyə 200 milyon dollar itirdi

08.06.2026

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

08.06.2026

1,3,5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - RƏSMİ AÇIQLAMA

08.06.2026
Yüksək məbləğdə kredit almağın sirləri - Təkcə maaş rol oynamır

Yüksək məbləğdə kredit almağın sirləri - Təkcə maaş rol oynamır

08.06.2026

Dəbdəbə kəskin ucuzlaşdı: Dubayın elit otelləri qiymətləri 4 dəfə endirdi

08.06.2026

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

08.06.2026

“AzerGold”un avtomobilləri 25% endirimlə satışa çıxarılır - QİYMƏTLƏR

08.06.2026

İnvestorların diqqətini çəkən 10 hüquq startapı

08.06.2026

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi - Birbank və Visa-nın kampaniyası yekunlaşdı ®

08.06.2026

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib

08.06.2026

Banklarda filial müdirlərinin çoxu niyə kişilərdir?

08.06.2026

Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - Adları

08.06.2026

Bu yay rayonlarda bağ evi kirayələmək neçəyə başa gəlir? - Qiymətlər

08.06.2026

Kredit sığortası üzrə yığımlar 1,75 milyon manata çatıb

08.06.2026

"Təsisçi özü məhsulunu necə satacağını bilmirsə ..." - Startap məsləhətçisi izah edir

08.06.2026

Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı

08.06.2026

Sabah hava necə olacaq?

08.06.2026

Bakıda Təbriz küçəsi tam dəyişir - FOTO

08.06.2026

İki sığorta şirkəti işçi axtarır - Əməkhaqqı

08.06.2026

Məzənnə

Yüklənir...