1,3,5 qəpikləri dəyişəndə faiz tutulmalıdır?

Redaktor

08.06.2026 16:47
61

1,3,5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda 1, 3, 5 qəpikləri bankda kağız pula çevirərkən əlavə faiz tələb olunması ilə bağlı iddialar yayılıb. 

Valyuta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə jurnalist İradə İsaq bir müddət əvvəl sosial şəbəkə hesabında paylaşım edib. 

Onun sözlərinə görə, qəpiklə 75 manat miqdarında pulu dəyişmək üçün banka yaxınlaşanda ona bildirilib ki, 5 faiz əskiyinə dəyişmək mümkündür: “Bu gün soruşmuşam, nə desələr yaxşıdır, “dəyişərik, 5 faiz əskiyinə”. Deyirəm, niyə? Deyir, xırda qəpikləri manatla dəyişəndə itki olur. 

Eyni Azərbaycan əsginasları deyilmi? Qəpik və ya manat arasında niyə fərq var ki? Əgər belə hörmətsiz olacaqdılarsa, bu qəpiklər niyə var? Qəpik belə hörmətsizdirsə, niyə hələ də dövriyyədən çıxarılmır?”

Məsələni dəqiqləşdirmək üçün Azərbaycan Mərkəzi Bankına iki həftə əvvəl göndərdiyimiz sorğuya bu gün verilmiş cavabı təqdim edirik: “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın 4.6-cı bəndinə əsasən Mərkəzi Bankda milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır və nominal dəyəri ödənilən pul nişanları məhdudiyyətsiz dəyişdirilir. Banklar (operator banklar istisna olmaqla) pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli və ya ödənişsiz əsasda həyata keçirə bilər.

Qeyd edilənlərə əsasən bildiririk ki, nominal dəyəri ödənilən milli pul nişanlarını ödənişsiz əsasda dəyişdirmək istəyən şəxslər bununla bağlı Mərkəzi Bankın ərazi idarələrinə (Naxçıvan Muxtar Respublikası İdarəsi, Yevlax Ehtiyat Mərkəzi və Biləsuvar Regional Mərkəzi), hebelə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş operator banklara (“Kapital Bank” ASC və “ABB” ASC) və onların ölkə ərazisində fəaliyyət göstərən filiallarına müraciət edə bilərlər”.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Səudiyyə Ərəbistanı İran müharibəsi səbəbindən ticarət yollarını dəyişib

08.06.2026

Azərbaycana gətirilən ən bahalı albalının kilosu 34 manatı keçib

08.06.2026

Balıqçılıq müəssisələri də güzəştli kredit ala biləcəklər

08.06.2026

Azərbaycanlı biznesmen 1 həftəyə 200 milyon dollar itirdi

08.06.2026

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

08.06.2026

1,3,5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - RƏSMİ AÇIQLAMA

08.06.2026
Yüksək məbləğdə kredit almağın sirləri - Təkcə maaş rol oynamır

Yüksək məbləğdə kredit almağın sirləri - Təkcə maaş rol oynamır

08.06.2026

Dəbdəbə kəskin ucuzlaşdı: Dubayın elit otelləri qiymətləri 4 dəfə endirdi

08.06.2026

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

08.06.2026

“AzerGold”un avtomobilləri 25% endirimlə satışa çıxarılır - QİYMƏTLƏR

08.06.2026

İnvestorların diqqətini çəkən 10 hüquq startapı

08.06.2026

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi - Birbank və Visa-nın kampaniyası yekunlaşdı ®

08.06.2026

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib

08.06.2026

Banklarda filial müdirlərinin çoxu niyə kişilərdir?

08.06.2026

Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - Adları

08.06.2026

Bu yay rayonlarda bağ evi kirayələmək neçəyə başa gəlir? - Qiymətlər

08.06.2026

Kredit sığortası üzrə yığımlar 1,75 milyon manata çatıb

08.06.2026

"Təsisçi özü məhsulunu necə satacağını bilmirsə ..." - Startap məsləhətçisi izah edir

08.06.2026

Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı

08.06.2026

Sabah hava necə olacaq?

08.06.2026

Məzənnə

Yüklənir...