Redaktor
Bu yay rayonlarda bağ evi kirayələmək neçəyə başa gəlir? - Qiymətlər
Yay mövsümünün başlaması ilə birlikdə rayonlarda günlük kirayə verilən bağ və həyət evlərinə maraq xeyli artır.
İstirahət üçün şəhərdən uzaqlaşmaq istəyənlər seçim edərkən təkcə qiymətə deyil, evlərin təqdim etdiyi şəraitə də diqqət yetirirlər. Hovuzlu, balkonlu, geniş həyəti olan və ya təbiət mənzərəsinə sahib evlər daha çox üstünlük verilən variantlar sırasında yer alır.
Qiymətlər isə evin yerləşdiyi rayon, otaq sayı, şəraiti və əlavə imkanlarından asılı olaraq dəyişir.
Valyuta.az Qax, Qəbələ, Quba, Lənkəran, Lerik və Şəki rayonlarında 3 və 4 otaqlı günlük kirayə bağ və həyət evlərinin qiymət aralıqlarını təqdim edir:
| Rayon | Otaq Sayı | Qiymət aralığı |
|---|---|---|
| Qax | 3 - 4 | 80 - 270 manat |
| Qəbələ | 3 - 4 | 80 - 400 manat |
| Quba | 3 - 4 | 85 - 300 manat |
| Şəki | 3 - 4 | 75 - 300 manat |
| Lənkəran | 3 - 4 | 90 - 350 manat |
| Lerik | 3 - 4 | 70 - 350 manat |
| 08.06.2026 |
Tənzilə Ağabalayeva