Redaktor
İki sığorta şirkəti işçi axtarır - Əməkhaqqı
Azərbaycanda fəaliyyət göstərən iki sığorta şirkəti yeni əməkdaşların cəlb olunması üçün vakansiyalar elan edib.
Valyuta.az xəbər verir ki, sözügedən sığorta şirkətləri "Atəşgah Sığorta" və "Meqa Sığorta" ASC-dir.
"Atəşgah Sığorta" şirkəti sığorta üzrə satış nümayəndəsi vəzifəsi üzrə işçi axtarır. Vakansiya üzrə aylıq əməkhaqqının 400-800 manat arasında dəyişdiyi bildirilir. Elana müraciətlərin iyulun 2-dək qəbul olunacağı qeyd edilir.
"Meqa Sığorta" isə sığorta mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib. Şirkət namizədlərə aylıq 400 manat əməkhaqqı təklif edir. Vakansiya üzrə müraciətlərin iyulun 5-dək davam edəcəyi bildirilir.
Sərvanə Rəmixanova