Redaktor
Mərkəzi Bank sığorta şirkətlərinin müflisləşmə riskinə qarşı yeni mexanizmi nəzərdən keçirir
2026-cı ilin sonunadək könüllü sığorta növləri üzrə genişləndirilmiş zəmanət sxeminin tətbiqi ilə bağlı təkliflərin formalaşdırılması nəzərdə tutulur.
Bu barədə "APA-Economics"ə Mərkəzi Bankdan bildirilib. Qeyd edilib ki, bu fəaliyyət 2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişafı Strategiyasında müəyyən olunmuş tədbirlərdən biridir:
"Sözügedən mexanizm sığorta müştərilərinin hüquqlarının qorunması çərçivəsinin təkmilləşdirilməsinə xidmət edir. Mexanizmin tətbiqi çərçivəsində sığorta şirkəti ödəmə qabiliyyətini itirdikdə sığorta hadisələri üzrə tələblərin müəyyən hissəsinin qarşılanması və ya müqavilələrin digər sığortaçıya ötürülməsi ilə onların davamlılığının təmin olunması mümkün ola bilər".
AMB-nin məlumatına görə, bu yanaşma sığorta bazarında etimadın gücləndirilməsinə və maliyyə sabitliyinə töhfə verir.
Mərkəzi Bankdan bildirilib ki, strategiyanın icrası çərçivəsində 2026-cı ildə beynəlxalq təcrübənin araşdırılması, zəmanət sxeminin tətbiqinin mümkünlüyü ilə bağlı iqtisadi-texniki əsaslandırmanın hazırlanması və ilin sonunadək tətbiqlə bağlı təkliflərin formalaşdırılması nəzərdə tutulur.
Vurğulanıb ki, bununla bağlı hazırda beynəlxalq təcrübənin araşdırılması davam edir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
20 ildir ABŞ-da yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026