Bakıda Təbriz küçəsi tam dəyişir

Redaktor

08.06.2026 12:42
30

Bakıda Təbriz küçəsi tam dəyişir - FOTO

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, paytaxtda piyada və ictimai nəqliyyat infrastrukturunun yaxşılaşdırılması davam etdirilir. 

Valyuta.az xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Təbriz küçəsində piyadaların, ictimai nəqliyyat və mikromobillik istifadəçilərinin rahatlığını təmin edən genişmiqyaslı layihənin icrasına başlanılır. 

Aparılan təhlillərə əsasən, Təbriz küçəsində piyadaların hərəkətinə mane olan bir sıra çatışmazlıqlar müəyyən edilib. Küçənin bir çox hissəsində səkilərin dar olması, nizamlanan piyada keçidlərinin olmaması piyadaların hərəkətini çətinləşdirir. 

Yol hərəkətinin təşkili baxımından dönmə və tranzit axınları arasında yaranan münaqişələr küçənin buraxıcılıq qabiliyyətini azaldır, nəqliyyatın vəpiyadaların hərəkətinə mənfi təsir göstərir. Küçədə mikromobillik vasitələrinin hərəkəti üçün infrastruktur da mövcud deyil. 

İctimai nəqliyyatdan istifadə edən sərnişinlər də bir sıra çətinliklərlə üzləşir. Dayanacaq məntəqələrinin yerləşdiyi ərazilərdə səkilərin dar olması, infrastrukturun zəif təchiz edilməsi və bəzi dayanacaqların qeyri-optimal yerləşməsi mövcud vəziyyəti mürəkkəbləşdirir.

Mövcud çatışmazlıqları aradan qaldırılmaq məqsədiləNəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilib. 

Layihə çərçivəsində metronun "Nəriman Nərimanov" stansiyasının ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq. 

Küçənin xiyaban tipli səki hissəsində piyada axınlarının daha rahat idarə olunması, səkinin genişləndirilməsi ilə hərəkət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbir görüləcək. 

Bakı Konqres Mərkəzinin yaxınlığında təhlükəsiz piyada keçidlərinin təşkili, ağaclardan ibarət bufer zolağının yaradılması və parklanma sahəsinin təşkil edilməsi hesabına ərazinin cəlbediciliyi artırılacaq. 

Görüləcək işlər nəticəsində Təbriz küçəsində piyadaların təhlükəsizliyi və rahatlığı artırılacaq, ictimai nəqliyyata əlçatanlıq yaxşılaşacaq, küçə məkanı daha funksional və müasir şəhər mobilliyi prinsiplərinə uyğun şəkildə formalaşdırılacaq.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu yay rayonlarda bağ evi kirayələmək neçəyə başa gəlir? - Qiymətlər

08.06.2026

Kredit sığortası üzrə yığımlar 1,75 milyon manata çatıb

08.06.2026

"Təsisçi özü məhsulu necə satacağını bilmirsə, heç bir əməkdaş bunu onun əvəzinə edə bilməz" - Startap məsləhətçisi izah edir

08.06.2026

Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı - RƏSMİ AÇIQLAMA

08.06.2026

Sabah hava necə olacaq?

08.06.2026

Bakıda Təbriz küçəsi tam dəyişir - FOTO

08.06.2026

İki sığorta şirkəti işçi axtarır - Əməkhaqqı

08.06.2026

"Uşaqların rəqəmsal xərcləri 40-70 manatdır" - Zahid Oruc

08.06.2026

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

08.06.2026

Yeni cərimələr gündəmdədir! 50 000 manatadək

08.06.2026

Azərbaycana gələn işsiz əcnəbilərin sayı 5 minə yaxınlaşır

08.06.2026

Vətəndaşlara 3 milyon 434 min manat ƏDV qaytarılıb

08.06.2026

Əməliyyat sayına görə investisiya şirkətlərinin RENKİNQİ

08.06.2026

"Müştərilər əlçatmaz hesab etdikləri məhsula daha çox maraq göstərirlər" - Marketoloq

08.06.2026

Azərbaycanın 5 aylıq büdcə göstəriciləri açıqlanıb

08.06.2026

Әsas və əlavə iş yerində çalışanlar üçün müavinət necə hesablanır?

08.06.2026

195 mindən çox şəxs ailə başçısını itirməyə görə pensiya və müavinət alıb

08.06.2026

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda ®

08.06.2026

3 milyondan çox yığımı olan, ödəniş edilməyən sığorta növləri - CƏDVƏL

08.06.2026

“Kredit sahəsində çalışan qadınlar azdır deyə, bankların filial müdirləri daha çox kişilərdir” - MÜSAHİBƏ

08.06.2026

Məzənnə

Yüklənir...