İnvestorların diqqətini çəkən 10 hüquq startapı

Redaktor

08.06.2026 15:00
24

İnvestorların diqqətini çəkən 10 hüquq startapı

Süni intellektin təsir etdiyi sahələrdən biri də hüquqdur. Məqsəd hüquqşünasları əvəz etmək deyil, onların üzərinə düşən təkrarlanan, geniş araşdırma tələb edən və sənəd əsaslı işləri daha səmərəli şəkildə yerinə yetirməyə kömək etməkdir. Hüquq firmaları, korporativ hüquq departamentləri və uyğunluq (compliance) komandaları üçün AI texnologiyaları artıq hüquqi məlumatların axtarışı, təhlili, sənədlərin hazırlanması və idarə olunması proseslərini dəyişdirməyə başlayıb.

Hüquq mütəxəssislərinin daha sürətli işləmək, eyni zamanda dəqiqliyi və nəzarəti qorumaq məcburiyyətində qaldığı bir dövrdə yeni nəsil startaplar ortaya çıxır. Bu şirkətlər sadəcə "AI çatbotları" deyil, təsdiqlənmiş mənbələr, audit izləri, daxili bilik bazaları və hüquqi iş axınları üzərində qurulan həllər təqdim edirlər.

Valyuta.az 2023-2025-ci illərdə yaradılmış və Avropanın hüquq texnologiyaları ekosistemində diqqət çəkən 10 startapını təqdim edir.

AttiFin (Böyük Britaniya)

2025-ci ildə təsis edilən "AttiFin AI" Böyük Britaniya hüququ üzrə çalışan hüquqşünaslar üçün süni intellekt platforması hazırlayıb. Sistem hüquqi suallara mənbələrlə təsdiqlənmiş cavablar təqdim edir və məhkəmə işləri üçün hazır sənəd layihələri yarada bilir. Şirkətin məqsədi hüquqi araşdırmalara və təkrarlanan sənəd hazırlığına sərf olunan vaxtı azaltmaqdır.

Startap indiyədək 5,8 milyon avro investisiya cəlb edib.

Bayshore (Almaniya)

2025-ci ildə yaradılan "Bayshore" mürəkkəb tənzimləyici və hüquqi proseslərin avtomatlaşdırılması üçün AI platforması inkişaf etdirir. Şirkət uyğunluq və hüquq komandalarının iş yükünü azaltmağa çalışır.

"Bayshore"un yanaşması qaydaların biznes inkişafına maneə deyil, onun təməli olması ideyasına əsaslanır. Startap 6,9 milyon avro maliyyə vəsaiti əldə edib.

ComplyDo (Almaniya)

Berlin mərkəzli "ComplyDo" agent əsaslı (agentic) uyğunluq həlləri təklif edir. Platforma sənədlərdən tələbləri çıxarır, onları daxili siyasət və nəzarət mexanizmləri ilə əlaqələndirir, boşluqları müəyyən edir və tənzimləyici dəyişiklikləri izləyir.

2025-ci ildə yaradılan şirkət indiyədək 1,5 milyon avro investisiya alıb.

Jimini AI (Fransa)

2023-cü ildə fəaliyyətə başlayan "Jimini" AI hüquq firmaları üçün AI köməkçisi hazırlayır. Platforma hüquqi araşdırma, təhlil və sənəd hazırlanması proseslərini sürətləndirərək saatlarla vaxt aparan işləri bir neçə dəqiqəyə yerinə yetirməyə imkan verir.

Paris əsaslı startap 6,8 milyon avro maliyyələşmə cəlb edib.

LawX (Almaniya)

Berlin mərkəzli "LawX" hüquq firmalarının daxili əməliyyat proseslərini optimallaşdırmağa fokuslanır. Şirkət hüquqi araşdırma və sənəd hazırlığından çox, hüquq firmalarının gündəlik iş axınlarının idarə edilməsini sadələşdirməyə çalışır.

2025-ci ildə yaradılan "LawX" 7,5 milyon avro investisiya əldə edib.

Legora (İsveç)

Avropanın tanınmış oyunçularından biri olan "Legora" 2023-cü ildə təsis olunub. Platforma sənəd yoxlaması, hüquqi araşdırma, layihələrin hazırlanması və böyük həcmdə hüquqi məlumatların təhlili üçün AI həlləri təqdim edir.

"Legora" hüquqşünasların müxtəlif proqramlar və məlumat bazaları arasında keçid etməsinə ehtiyacı azaltmaqla bütün prosesləri vahid platformada birləşdirir. Şirkət bu günə qədər 745,7 milyon avro investisiya cəlb etməklə siyahının lideridir.

Lexroom.ai (İtaliya)

Milan şəhərində yerləşən "Lexroom.ai" hüquqi araşdırma və sənəd hazırlanması üçün generativ AI köməkçisi hazırlayır. Platforma qanunvericilik, məhkəmə qərarları və normativ sənədlər üzrə təbii dil vasitəsilə axtarış imkanı yaradır.

2023-cü ildə yaradılan startap indiyədək 61,6 milyon avro maliyyələşmə əldə edib.

Omnilex (İsveçrə)

Sürix mərkəzli "Omnilex" hüquqşünasların lazımi məlumatları daha sürətli tapmasına və araşdırmaları strukturlaşdırılmış hüquqi mətnlərə çevirməsinə kömək edir.

2024-cü ildə fəaliyyətə başlayan şirkət 3,9 milyon avro investisiya cəlb edib.

Pandektes (Danimarka)

2023-cü ildə yaradılan Pandektes hüquq firmaları üçün etibarlı və aktual hüquqi məlumatlara çıxış təmin edən araşdırma platformasıdır. Şirkət geniş funksionallı AI köməkçilərindən fərqli olaraq yalnız hüquqi araşdırmaların keyfiyyətinə fokuslanır.

Kopenhagen mərkəzli startapın cəlb etdiyi investisiya həcmi 3,3 milyon avro təşkil edir.

Wordsmith AI (Şotlandiya)

Edinburqda yerləşən "Wordsmith AI" korporativ hüquq departamentləri üçün süni intellekt əsaslı hüquqi əməliyyatlar platforması hazırlayır. Sistem e-poçt, "Slack", "Salesforce" və "Microsoft Teams" kimi müxtəlif kanallardan daxil olan hüquqi sorğuları qəbul edir, təsnifləşdirir və emal edir.

Platforma sadə məsələləri AI agentləri vasitəsilə həll edir, daha mürəkkəb və riskli halları isə hüquqşünaslara yönləndirir. Şirkət 2023-cü ildən bəri 25,8 milyon avro investisiya toplayıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

08.06.2026

“AzerGold”un avtomobilləri 25% endirimlə satışa çıxarılır - QİYMƏTLƏR

08.06.2026

İnvestorların diqqətini çəkən 10 hüquq startapı

08.06.2026

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi - Birbank və Visa-nın kampaniyası yekunlaşdı ®

08.06.2026

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib

08.06.2026

Banklarda filial müdirlərinin çoxu niyə kişilərdir?

08.06.2026

Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - Adları

08.06.2026

Bu yay rayonlarda bağ evi kirayələmək neçəyə başa gəlir? - Qiymətlər

08.06.2026

Kredit sığortası üzrə yığımlar 1,75 milyon manata çatıb

08.06.2026

"Təsisçi özü məhsulunu necə satacağını bilmirsə ..." - Startap məsləhətçisi izah edir

08.06.2026

Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı

08.06.2026

Sabah hava necə olacaq?

08.06.2026

Bakıda Təbriz küçəsi tam dəyişir - FOTO

08.06.2026

İki sığorta şirkəti işçi axtarır - Əməkhaqqı

08.06.2026

"Uşaqların rəqəmsal xərcləri 40-70 manatdır" - Zahid Oruc

08.06.2026

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

08.06.2026

Yeni cərimələr gündəmdədir! 50 000 manatadək

08.06.2026

Azərbaycana gələn işsiz əcnəbilərin sayı 5 minə yaxınlaşır

08.06.2026

Vətəndaşlara 3 milyon 434 min manat ƏDV qaytarılıb

08.06.2026

Əməliyyat sayına görə investisiya şirkətlərinin RENKİNQİ

08.06.2026

Məzənnə

Yüklənir...