Redaktor
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
Süni intellekt bumunun təsiri ilə bir zamanlar milyardlarla dollar dəyərində qiymətləndirilən yüzlərlə startap çətin vəziyyətə düşüb.
Valyuta.az xəbər verir ki, ABŞ-da "unikorn" (bazar dəyəri 1 milyard ABŞ dollarını keçən, lakin hələ birjada listinq olunmamış özəl şirkətlər) statusuna malik olan texnologiya şirkətlərinin əhəmiyyətli hissəsi son illərdə yeni investisiya cəlb edə bilməyib. Mütəxəssislər bunu əsasən süni intellekt sahəsinə yönələn iri həcmli investisiyalarla əlaqələndirirlər.
Məlumata görə, hazırda ABŞ-da 857 startapın bazar dəyəri 1 milyard dolları ötür. Lakin onların təxminən yarısı son üç il və ya daha uzun müddətdə yeni maliyyə vəsaiti cəlb etməyib.
Araşdırmaya əsasən, startap bumunun yaşandığı dövrdə milyard dollarlıq qiymətləndirmə alan 220-dən çox şirkət artıq bu statusunu itirib. Sonuncu dəfə 2021-ci ildə investisiya alan startapların dəyəri orta hesabla 68%, 2022-ci ildə investisiya alanların dəyəri isə 52% azalıb.
Ekspertlər hesab edirlər ki, ChatGPT-nin ortaya çıxmasından sonra süni intellekt sahəsində fəaliyyət göstərən yeni şirkətlər bazarda üstünlük qazanıb, köhnə texnologiyalar üzərində qurulan startaplar isə investorların diqqətindən kənarda qalıb.
Nəticədə bir vaxtlar milyard dollar dəyərində qiymətləndirilən bir çox şirkət bu gün həm köhnəlmiş texnologiyalar, həm də maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini davam etdirməkdə çətinlik çəkir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Microsoft" gələcəyi göstərdi: Ekranlar qalır, tətbiqlər yox olur
04.06.2026
Bir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
04.06.2026Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır
04.06.2026"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026