Redaktor
"Nvidia" daha bir startapı satın alıb
"Nvidia" müəssisələrə öz məlumatları əsasında proqnozlar hazırlamağa imkan verən süni intellekt startapı "Kumo AI"ı satın alıb.
Valyuta.az xəbər verir ki, satınalma müqaviləsinin maliyyə dəyəri açıqlanmayıb.
"Kumo AI" şirkətlərin məlumatlarını avtomatik təhlil edərək müştəri itkisi, satış tendensiyaları və tələbat dəyişiklikləri ilə bağlı proqnozlar hazırlayır. Startapın texnologiyası məlumatların emalı və model qurulması prosesini təxminən 95% sürətləndirir.
"Nvidia" satınalmanın səbəbləri barədə açıqlama verməsə də, şirkətin son dövrlərdə süni intellekt proqram təminatı və məlumat analitikası sahələrində fəaliyyətini genişləndirdiyi bildirilir.
Qeyd edək ki, "Kumo AI" 2022-ci ildə "Sequoia Capital"ın rəhbərlik etdiyi investisiya raundunda 37 milyon dollar investisiya cəlb edib.
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBir vaxtlar investorların yarışdığı startaplar indi maliyyə tapa bilmir
04.06.2026Azərbaycanda universitet 3 vəzifəyə işçi axtarır
04.06.2026"Nvidia" daha bir startapı satın alıb
04.06.2026Niyə milyarderlər ikinci vətəndaşlıq axtarırlar?
04.06.2026Azərbaycan limon idxalına 3 ayda 5 milyon manata yaxın vəsait xərcləyib
04.06.2026"Şahdəniz"də illik qaz hasilatı nə qədərdir? - "BP-Azerbaijan" açıqladı
04.06.2026Süni intellekt ilə biznes qurmağın yolu - Əziz Ağayev açıqlayır...
04.06.2026