Redaktor
Startap üçün haradan pul tapmaq olar? - ŞƏRTLƏR
Startapların uğurlu inkişafı üçün innovativ ideya ilə yanaşı, maliyyə resurslarına çıxış da mühüm amillərdən biri hesab olunur. Xüsusilə fəaliyyətinin ilkin mərhələsində olan sahibkarlar bizneslərini qurmaq və genişləndirmək üçün əlavə maliyyə dəstəyinə ehtiyac duyurlar.
Valyuta.az xəbər verir ki, bank olmayan kredit təşkilatı “AzKredit” “Startap krediti” məhsulu təqdim edir.
Məlumata görə, kredit təminatlı əsaslarla verilir. Rəsmi iş yeri olan şəxslər üçün kreditlərin ayrılması zamanı zaminlik mexanizmi tətbiq olunur. Qeyri-rəsmi çalışan və ya kredit öhdəlikləri üzrə gecikmələri olan şəxslər isə krediti qızıl girovu təqdim etməklə əldə edə bilərlər.
Bildirilir ki, təşkilat tərəfindən startap kreditləri davamlı olaraq təqdim edilir. Hazırda yeni fəaliyyətə başlayan bizneslər üçün kreditlər zamin və ya qızıl girovu əsasında rəsmiləşdirilir.
Kredit məhsulu üzrə Bakı qeydiyyatında olan şəxslər müəyyən şərtlərlə zamin təqdim etməklə maliyyələşmə əldə edə bilirlər. Rayon qeydiyyatında olan və ya Bakıda müvəqqəti yaşayan şəxslər (kirayədə, qohum evində və s.) üçün isə qızıl girovu tələb olunur.
“Startap krediti”nin məbləği minimum 600 manatdan başlayır və maksimum 30 min manata qədər dəyişir. Kreditlərin verilməsi onlayn qaydada həyata keçirilmir. Müraciətlərin rəsmiləşdirilməsi təşkilatın ofisində aparılır.
Mayya Hüseynova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÇinin süni intellekt şirkətinə maraq o qədər artdı ki, yeni abunəliklər dayandırıldı
21.07.2026"Aqrar Sığorta"nın hər 100 manat yığımına düşən ödənişlər - Aylar üzrə cədvəl
21.07.2026Bu ilin ötən dövründə 35 “Startap” şəhadətnaməsi verilib
21.07.2026Avtomobil şirkəti 3 000 manata işçi axtarır
21.07.2026Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır
21.07.2026Rabitəbank Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib
21.07.2026
Şirkətin strategiyasını rəhbər yazmalı, işçilər reallaşdırmalıdır?
21.07.2026“ABB İnvest"in dövriyyəsi 4,7 mlrd. manat artıb
21.07.2026Şakira, Madonna, BTS və Castin Biber Dünya Kubokunun finalından nə qazanıblar?
21.07.2026Rəhbər niyə evdən işləməyə icazə vermir? - Alimlər əsas səbəbi açıqladı
21.07.2026Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı
21.07.2026