Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı

Redaktor

08.06.2026 14:22
65

Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - Adları

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) "Startap" şəhadətnaməsi almaq üçün KOB subyektlərindən daha 14 müraciət daxil olub.

Valyuta.az agentliyə istinadən xəbər verir ki, müraciətlərə "Startap" şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 10-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib.

Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 282-yə çatıb.

"Startap" şəhadətnamələri "İşhesabı" MMC-nin bulud əsaslı ERP (müəssisə resurslarının idarəetmə sistemi) platforması, "Bonfi" MMC-nin rəqəmsal imtiyazlar həlli, "Qalan" MMC-nin məktəblilər üçün riyaziyyat təmayüllü onlayn təhsil platforması, "Splus az" MMC-nin ağıllı bina idarəetmə və sakinlərə xidmət platforması, "Vexvon" MMC-nin süni intellekt əsaslı müştəri kommunikasiya və satış avtomatlaşdırma platforması, "Anacan" MMC-nin qadınlar üçün rəqəmsal bələdçi, "Chevvick Solutions" MMC-nin mobil ödəniş platforması, "Too Far Logistics and Consulting" MMC-nin kommersiya təşkilatları arasında müqavilə münasibətlərinin elektron idarəedilməsi, imzalanması və arxivləşməsi platforması, "S2 Studio" MMC-nin mobil restoran rezervasiya platforması, "Viralix" MMC-nin süni intellekt əsaslı rəqəmsal marketinq, dizayn və reklam idarəetmə platforması layihələri üçün təqdim edilib.

"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

08.06.2026

“AzerGold”un avtomobilləri 25% endirimlə satışa çıxarılır - QİYMƏTLƏR

08.06.2026

İnvestorların diqqətini çəkən 10 hüquq startapı

08.06.2026

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi - Birbank və Visa-nın kampaniyası yekunlaşdı ®

08.06.2026

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib

08.06.2026

Banklarda filial müdirlərinin çoxu niyə kişilərdir?

08.06.2026

Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - Adları

08.06.2026

Bu yay rayonlarda bağ evi kirayələmək neçəyə başa gəlir? - Qiymətlər

08.06.2026

Kredit sığortası üzrə yığımlar 1,75 milyon manata çatıb

08.06.2026

"Təsisçi özü məhsulunu necə satacağını bilmirsə ..." - Startap məsləhətçisi izah edir

08.06.2026

Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı

08.06.2026

Sabah hava necə olacaq?

08.06.2026

Bakıda Təbriz küçəsi tam dəyişir - FOTO

08.06.2026

İki sığorta şirkəti işçi axtarır - Əməkhaqqı

08.06.2026

"Uşaqların rəqəmsal xərcləri 40-70 manatdır" - Zahid Oruc

08.06.2026

"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

08.06.2026

Yeni cərimələr gündəmdədir! 50 000 manatadək

08.06.2026

Azərbaycana gələn işsiz əcnəbilərin sayı 5 minə yaxınlaşır

08.06.2026

Vətəndaşlara 3 milyon 434 min manat ƏDV qaytarılıb

08.06.2026

Əməliyyat sayına görə investisiya şirkətlərinin RENKİNQİ

08.06.2026

Məzənnə

Yüklənir...