Səudiyyə Ərəbistanı İran müharibəsi səbəbindən ticarət yollarını dəyişib

Redaktor

08.06.2026 18:32
25

Səudiyyə Ərəbistanı İran müharibəsi səbəbindən ticarət yollarını dəyişib

Ər-Riyad ABŞ və İsrailin İrana qarşı hərbi münaqişəsi başladıqdan sonra logistika marşrutlarını Hörmüz boğazından Qırmızı dənizə yönləndirib. 

Valyuta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının sənaye və mineral ehtiyatlar naziri Bəndər əl-Xurayf TASS-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı yüksək dayanıqlılıq nümayiş etdirərək fəaliyyətini və inkişafını davam etdirdiyini göstərib. Nazir qeyd edib ki, gübrə istehsalı sahəsində ölkə böyük ixracatçılardan biridir, lakin böhranın əvvəlində tədarüklərdə azalma baş verib, çünki ixracın əsas hissəsi Fars körfəzi və Hörmüz boğazı vasitəsilə həyata keçirilirdi.

Məlumata görə, 28 fevralda ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Bunun ardınca Tehran İsrailə, ABŞ bazalarına və Yaxın Şərqdəki neft infrastrukturuna raket və dron zərbələri endirib. Eyni zamanda İran Hörmüz boğazını bağlayıb və bu ərazi dünya neft daşımalarının təxminən 30 faizini təmin edirdi. 8 apreldən etibarən ABŞ və İran arasında müvəqqəti atəşkəs qüvvədədir.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai 8 iyunda bildirib ki, İsrailin yeni hücumlarına baxmayaraq, Tehranla Vaşinqton arasında danışıqlar davam edir. Onun sözlərinə görə, İran İsrailin hücumlarının ABŞ Mərkəzi Komandanlığı ilə tam koordinasiyada həyata keçirildiyinə inanır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İranda bütün uçuşlar ləğv edilib

08.06.2026

Səudiyyə Ərəbistanı İran müharibəsi səbəbindən ticarət yollarını dəyişib

08.06.2026

Azərbaycana gətirilən ən bahalı albalının kilosu 34 manatı keçib

08.06.2026

Balıqçılıq müəssisələri də güzəştli kredit ala biləcəklər

08.06.2026

Azərbaycanlı biznesmen 1 həftəyə 200 milyon dollar itirdi

08.06.2026

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

08.06.2026

1,3,5 qəpikləri dəyişəndə faiz tutulmalıdır? - RƏSMİ AÇIQLAMA

08.06.2026
Yüksək məbləğdə kredit almağın sirləri - Təkcə maaş rol oynamır

Yüksək məbləğdə kredit almağın sirləri - Təkcə maaş rol oynamır

08.06.2026

Dəbdəbə kəskin ucuzlaşdı: Dubayın elit otelləri qiymətləri 4 dəfə endirdi

08.06.2026

Bu həftə ardıcıl 3 gün iş olmayacaq

08.06.2026

“AzerGold”un avtomobilləri 25% endirimlə satışa çıxarılır - QİYMƏTLƏR

08.06.2026

İnvestorların diqqətini çəkən 10 hüquq startapı

08.06.2026

FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi - Birbank və Visa-nın kampaniyası yekunlaşdı ®

08.06.2026

Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib

08.06.2026

Banklarda filial müdirlərinin çoxu niyə kişilərdir?

08.06.2026

Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - Adları

08.06.2026

Bu yay rayonlarda bağ evi kirayələmək neçəyə başa gəlir? - Qiymətlər

08.06.2026

Kredit sığortası üzrə yığımlar 1,75 milyon manata çatıb

08.06.2026

"Təsisçi özü məhsulunu necə satacağını bilmirsə ..." - Startap məsləhətçisi izah edir

08.06.2026

Saxta sağlamlıq arayışı verən "General Hospital" cəzalandırıldı

08.06.2026

Məzənnə

Yüklənir...