Redaktor
"YouTube" kriptovalyuta ilə ödənişlərə başladı
Dünyanın ən böyük video platforması olan "YouTube" ilk dəfə rəsmi olaraq kriptovalyuta əsaslı ödəniş sistemini istifadəyə verib.
Valyuta.az xəbər verir ki, platforma artıq kontent yaradıcılarına PayPal-ın stabilkoini PYUSD vasitəsilə ödəniş etməyə başlayıb.
Bu addım "YouTube" tarixində rəqəmsal aktivin birbaşa ödəniş infrastrukturuna inteqrasiyası baxımından ilk hesab olunur. PayPal-ın kriptovalyutalar üzrə rəhbəri May Zabaneh funksiyanın hazırda ABŞ istifadəçiləri üçün aktiv olduğunu təsdiqləyib.
Mütəxəssislər bildirirlər ki, böyük platformalarda stabilkoinlərin tətbiqi ödəniş sistemlərinin sadələşdirilməsi və zəncirvari maliyyə məhsullarının genişlənməsi üçün mühüm mərhələdir.
Qeyd edək ki, YouTube-un 2,5 milyarddan çox istifadəçisi var və bu addım kriptovalyutaların kütləvi istifadəsinə doğru atılan önəmli addım kimi qiymətləndirilir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026