Redaktor
Vergi borcu olan internet provayderləri
“Rahat Telecom” MMC və “SN Telecom” MMC təşkilati-hüquqi formasını dəyişərək “AG Telecom” MMC-yə birləşdirilir.
Valyuta.az xəbər verir ki, ləğv edilən “Rahat Telecom” MMC-nin 100 min 354,43 manat borcu olduğu müəyyən edilib. Birləşdirilən qurumun qanuni təmsilçisi Samir Abbasov Zabit oğludur. Şirkət 2017-ci ilin avqustunda dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 4 002 020 manat təşkil edir.
Birləşdirici tərəf olan “AG Telecom” MMC-nin də 162 147,39 manat vergi borcu mövcuddur. Şirkət 2005-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 36 335 617 manatdır. Qanuni təmsilçi İlqar Nəhmədov Şamil oğludur. Qeyd edək ki, “AG Telekom” MMC Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ən böyük rəqəmsal xidmət təminatçılarından biridir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərUorren Baffet bazar enişləri zamanı necə varlı qalır?
02.03.2026Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb
02.03.2026Əmlak sığortası üzrə ödənişlər 22% azalıb
02.03.2026Mərkəzi Bank iki xidmət üzrə satınalma aparır
02.03.2026Avropada qazın qiyməti 500 dolları ötdü
02.03.2026