"Unibank" mənfəətini bölüşdürəcək

Redaktor

09.02.2026 13:04
80

"Unibank" mənfəətini bölüşdürəcək

“Unibank” Kommersiya Bankı ASC-nin Səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

Valyuta.az xəbər verir ki, yığıncaqda bəzi məsələlər müzakirə olunacaq. 

Belə ki, “Unibank” Kommersiya Bankı” ASC 2025-ci il üzrə maliyyə nəticələrini və mənfəətinin bölüşdürülməsinə dair məsələlərini müzakirə edəcək.

Eyni zamanda “Unibank” Kommersiya Bankı” ASC-nin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlər də müzakirə siyahısındadır.

Qeyd edək ki, yığıncağın 12 mart tarixində saat 15:00-da Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcəkdir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...