Redaktor
Naxçıvana yeni Baş nazir təyin olundu
Naxçıvan Muxtar Respublikasına (MR) yeni Baş naziri təyin olunub.
Valyuta.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi qərar qəbul edib.
Belə ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev MR-in yeni Baş naziri təyin olunub.
Qeyd edək ki, C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub. Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur. 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-cı ilin aprel ayının 18-dən Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. 4 noyabr 2024-cü il tarixində ölkə başçısının sərəncamı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Unibank" mənfəətini bölüşdürəcək
09.02.2026Sabah Bakıya qar yağacaq
09.02.2026Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı
09.02.2026“Kapitalı güclü banklar krediti aşağı faizlə verə bilir”
09.02.2026Amerikalı nazir: Qızıldakı dalğalanmanın arxasında çinli investorlar var
09.02.2026Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
09.02.2026Bu sığorta üzrə yığımlar və ödənişlər artıb
09.02.2026Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
09.02.2026Restoranlarda “Sevgililər günü”nə olan qiymətlər - SİYAHI
09.02.2026Naxçıvana yeni Baş nazir təyin olundu
09.02.2026
“Assist Finance"nin dövriyyəsi 26% azalıb
09.02.2026“Mpay” 60 min manat cərimələnib
09.02.2026Şahin Əliyev: "Yerli kibertəhlükəsizlik startapına Avropada ciddi maraq var"
09.02.2026Borcu olan şirkət tender uddu
09.02.2026
"Şirkət maaşları azaltmaqla qənaət edəcəksə, birinci rəhbərliyin maaşı ilə başlamalıdır"
09.02.2026Fərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir?
09.02.2026Bank kartları ilə dələduzluq artır - SƏBƏBLƏR
09.02.2026Heyvanlar üçün edilən sığorta ödənişlərində yarım milyondan çox azalma olub
09.02.2026