Redaktor
Borcu olan şirkət tender uddu
Azərbaycan Respublikasının Ekologiya Və Təbii Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin elan etdiyi tenderin qalibi məlum olub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “AZƏRMAŞ PARK” MMC olub.
Belə ki, qalib şirkət nəqliyyat vasitələrinin satın alınmasını həyata keçirəcək.
Lakin rəsmi mənbələrdə “AZƏRMAŞ PARK” MMC-nin 163 min 743.67 manat vergi borcu olduğu göstərilir.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1-ci maddəsinin tələblərinə görə mümkün deyil.
Qeyd edək ki, qalib şirkətə sözügedən layihənin həyata keçirilməsi müqabilində 355 min 500 manat ödəniləcək.
Lakin bu tenderin ehtimal olunan qiyməti 358 min 750 manatdır.
Xatırladaq ki, qalib şirkət “AZƏRMAŞ PARK” MMC-nin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi isə Hüseynov Anar Adil oğludur.
“AZƏRMAŞ PARK” MMC 6 avqust 2016-cı il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Kapitalı güclü banklar krediti aşağı faizlə verə bilir”
09.02.2026Amerikalı nazir: Qızıldakı dalğalanmanın arxasında çinli investorlar var
09.02.2026Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
09.02.2026Bu sığorta üzrə yığımlar və ödənişlər artıb
09.02.2026Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
09.02.2026Restoranlarda “Sevgililər günü”nə olan qiymətlər - SİYAHI
09.02.2026Naxçıvana yeni Baş nazir təyin olundu
09.02.2026
“Assist Finance"nin dövriyyəsi 26% azalıb
09.02.2026“Mpay” 60 min manat cərimələnib
09.02.2026Şahin Əliyev: "Yerli kibertəhlükəsizlik startapına Avropada ciddi maraq var"
09.02.2026Borcu olan şirkət tender uddu
09.02.2026
"Şirkət maaşları azaltmaqla qənaət edəcəksə, birinci rəhbərliyin maaşı ilə başlamalıdır"
09.02.2026Fərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir?
09.02.2026Bank kartları ilə dələduzluq artır - SƏBƏBLƏR
09.02.2026Heyvanlar üçün edilən sığorta ödənişlərində yarım milyondan çox azalma olub
09.02.2026