Restoranlarda “Sevgililər günü”nə olan qiymətlər

Redaktor

09.02.2026 11:44
120

Restoranlarda “Sevgililər günü”nə olan qiymətlər - SİYAHI

Hər il dünyada və ölkəmizdə 14 fevral Sevgililər Günü kimi qeyd olunur. Bu tarixdə bir çox cütlük xüsusi günü birlikdə keçirmək üçün müxtəlif planlar qurur. Seçilən məkanlar arasında restoranlar da üstünlük təşkil edir. Bu səbəbdən bəzi paytaxt restoranları Sevgililər Günü münasibətilə xüsusi menyular və rezervasiya şərtlərini açıqlayıb.

Valyuta.az paytaxtda fəaliyyət göstərən bir sıra restoranların təkliflərini təqdim edir:

Biz Bize Restaurant

Bu restoran Sevgililər Günü üçün 2 nəfərlik 150 AZN-lik dolu menyu təklif edir. Menyuya tərəvəz buketi, turşu və zeytun assortisi, acika, ağ pendir, humus, paytaxt, manqal, nar və mimoza salatları daxildir. İsti yemək olaraq çolpa sac və müxtəlif kabab növləri (lülə, tikə, toyuq, basdırma, tərəvəz kababı) təqdim olunur. İçkilər də qiymətə daxildir. Qeyd olunur ki, servis və şou proqram haqqı tutulmur.

Misafir Restaurant & Banquet

Misafir Restaurant & Banquet-də kabinetlər üçün depozit 150 AZN təşkil edir. Zal üçün rezervasiya minimum 4 nəfərlik masa əsasında aparılır və adam başına menyu 30 AZN-dir. Bildirilir ki, 2 nəfər üçün rezervasiya zamanı 4 nəfərlik masa üzrə 120 AZN ödəniş tələb olunur. Menyuya müxtəlif soyuq qəlyanaltılar, xəmir yeməkləri, kabablar, kartof külləmə və içkilər daxildir.

Çətir Ailəvi Restoran

Çətir Ailəvi Restoran Sevgililər Günü üçün adam başına 50 AZN-lik menyu hazırlayıb. Süfrədə tərəvəz buketi, pendir və turşu çeşidləri, paytaxt, nar və manqal salatları, isti qəlyanaltılar, kabab növləri, desert və içkilər təqdim olunur. 

Venezia Restoran

Venezia Restoranda 14 fevral tarixində saat 20:00-dan etibarən canlı ifa proqramı təşkil olunacaq. 2 nəfər üçün depozit 100 AZN təşkil edir. Menyu depozitə daxildir və sərbəst seçim əsasında təqdim olunur.

Khachapuri Home

Khachapuri Home restoranında şou proqram saat 19:00-da başlayacaq. Müştərilərə sərbəst menyu təqdim olunur. Depozit məbləği 1 nəfər üçün 50 AZN, əlavə olaraq 10% servis haqqı tətbiq edilir.

ButaBaku Restaurant

ButaBaku Restaurant Sevgililər Günü üçün sərbəst menyu təklif edir. Adam başına qiymət 55 AZN təşkil edir və depozit məbləği menyuya daxildir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...