Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Redaktor

09.02.2026 12:43
77

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

"Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub.

Valyuta.az "Teleqraf"a istinadən xəbər verir ki, söhbət Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3105-ci Məhəllə, Naxçıvani küçəsi, 57C-də yerləşən ərazidən və onun daxilindəki qeyri-yaşayış obyektlərindən gedir.

Burada icarə əsasında bir sıra tanınmış şirkətlər fəaliyyət göstərir. Arif Həsənovun müsadirə olunan əmlakı dövlət hərracında satılacaq.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək qaytarmayan daha bir qrup şəxs həbs edilib.

Onların arasında "Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, "Azərinşaatservis” MMC-nin təsisçisi olduğu "Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov da olub.

Elə həmin ildə "Azərinşaatservis”in Dərnəgüldəki ofisinin qarşısında maaşların verilməsi tələbi ilə fəhlələr tərəfindən aksiya keçirilmişdi. Maraqlıdır ki, aksiyada iştirak edən və 5 aydır maaşlarını ala bilməyən işçilər şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirdilər.

"Azərinşaatservis” 2015-ci ildə həbs edilən Müşahidə Şurasının sədri Arif Həsənov 1 il sonra azadlığa buraxılmışdı. Cahangir Hacıyev məhkəmədə ifadəsində "Azərinşaatservis"ə 2011-2012-ci illərdə 350 milyon manat kredit ayrıldığını açıqlamışdı.

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...