Redaktor
700 min nəfərin maaşı artacaq
“Əmək Məcəlləsinə” təklif edilən və artıq Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əməkhaqqı artımında dövrilik təmin olunacaq”.
Valyuta.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu, artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək.
Minimum əməkhaqqı məbləğinə baxılmasının daha kimlərin maaşlarını artıracağı məsələsinə gəlincə isə millət vəkili bunları bildirib: “Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.
Bu sahələrdə çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır”.
V.Bayramov əlavə edib ki, minimum əməkhaqqının dövri olaraq artırılması paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq: “Bu zaman əməkhaqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb olur”.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektdə milyard dollarlıq tapmaca: Rəqəmlər yalan danışır?
27.02.2026"Kasıb olsanız belə, uduzan olmayın - indi gümüşə investisiya edin" - Robert Kiyosaki
27.02.2026Uşaqlarda məzmun istehsalı və rəqəmsal təhlükəsizlik - 6 vacib qayda
27.02.2026
Azərbaycanın 67 şəhərin Baş planı təsdiq olunub
27.02.2026"Nvidia" bu il fərdi kompüterlər üçün öz prosessorlarını buraxacaq
27.02.2026“Zeytun Pharmaceuticals” ilə 6,48 milyonluq müqavilə imzalanıb
27.02.2026ABŞ-ın tarif dəyişikliyi: Dollar uduzur, Çin qazanır
27.02.2026"İçərişəhər"də minatəmizləmə fəaliyyətinə icazə verildi
27.02.2026Azərbaycanda məşhur otel bağlandı - FOTOLAR
27.02.2026Azərbaycanda uşaqların sosial şəbəkələrə girişi qadağan olunacaq
27.02.2026Nazir direktoru işdən çıxardı
27.02.2026Milyarder Larri Ellison Trampın qonşuluğuna köçdü
27.02.2026Bakı Biznes Mərkəzi borca düşüb
27.02.2026Şamaxıda 4.7 maqnitudalı zəlzələ olub
27.02.2026Azərbaycan 7 ölkədən səməni idxal edib - SİYAHI/MƏBLƏĞ
27.02.2026İcbari Sığorta Bürosunda yeni təyinat
27.02.2026Könüllü sığorta yığımlarında 4 milyonluq itki
27.02.2026Dollardan qaçış qızıla təkan verəcəkmi? - "JPMorgan"dan rekord ssenari
27.02.2026
Milli valyutada əmanətə ən yüksək faiz verən rayonlar - SİYAHI
27.02.2026