“Həsən ağa” adlı qohumunuz yoxdursa, necə işə düzələ bilərsiniz?
03.02.2026 09:20
230

“Həsən ağa” adlı qohumunuz yoxdursa, necə işə düzələ bilərsiniz?

Abid Səmədov
İnsan Resursları üzrə mütəxəssis

Namizədlərin təhsil müddətini başa vurduqdan sonra, bəzən isə hələ təhsil alarkən qarşılaşdıqları ən vacib mərhələlərdən biri iş axtarışı prosesidir. Əgər sizin də Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Səfər” hekayəsindəki kimi sizi bir sözlə işə düzəldə biləcək “Həsən ağa” adlı qohumunuz yoxdursa, bu prosesi düzgün strategiya ilə idarə etmək qaçılmazdır.

Bəs iş axtarışını daha effektiv necə aparmaq olar?

1. Hədəflərinizi konkretləşdirin

Hər yerə müraciət etmək strategiya deyil. Hansı sahədə, hansı vəzifədə və hansı tip şirkətdə işləmək istədiyinizi dəqiqləşdirin. Bu, həm vaxtınıza, həm də enerjinizə qənaət edəcək.

2. Prosesi planla idarə edin

İş axtarışı özü də bir “layihə” kimidir. Həftəlik hədəflər qoyun: neçə müraciət edəcəksiniz, hansı şirkətləri araşdıracaqsınız, hansı bacarıqları inkişaf etdirəcəksiniz? - bunları planlaşdırın.

3. CV / Resume – sizin ilk təəssüratınızdır

Özünüzü şirkətə təqdim etməyin ilk vasitəsi CV-dir. Ona görə də:
•    Qrammatik və üslub səhvlərinə yol verməyin
•    Oxunaqlı və səliqəli dizayn seçin
•    Nailiyyətlərinizi konkret nəticələrlə göstərin
•    Yalan və ya şişirdilmiş məlumatlardan qəti şəkildə uzaq durun

Unutmayın: sizi müsahibəyə dəvət edib-etməmək qərarı çox vaxt yalnız CV əsasında verilir.

4. Müşayiət məktubu (Cover letter) sizi fərqləndirir

CV göndərməklə bərabər, hər vakansiya üçün qısa və hədəfli müşayiət məktubu da hazırlamaq sizi digər namizədlərdən fərqləndirir. Bu məktubda niyə məhz həmin şirkət və vəzifə ilə maraqlandığınızı göstərmək vacibdir.

5. LinkedIn artıq seçim deyil, zərurətdir

Peşəkar və aktual LinkedIn profili iş axtarışının ayrılmaz hissəsidir.
   Profil şəkliniz professional olsun
   “About” hissəsində özünüzü qısa və aydın ifadə edin
   Təcrübə və bacarıqlar bölməsini daim yeniləyin
   Sahənizlə bağlı paylaşımlar edin və müzakirələrdə iştirak edin

Bir çox işəgötürən sizi müsahibəyə çağırmazdan əvvəl LinkedIn profilinizə baxır.

6. Şirkətləri izləyin, sadəcə vakansiyaları yox

Sosial şəbəkələrdə və karyera platformalarında maraqlandığınız şirkətləri izləyin. Onların fəaliyyəti, mədəniyyəti və layihələri haqqında məlumatlı olmaq həm motivasiya məktubunda, həm də müsahibədə sizə böyük üstünlük verəcək.

7. İş axtarışı alətlərindən düzgün istifadə edin

İş elanları saytları, şirkətlərin rəsmi karyera səhifələri, LinkedIn vakansiyaları və peşəkar qruplar – hamısı sizin üçün fürsət mənbəyidir. Bu platformaların siyahısını çıxarıb mütəmadi şəkildə izləmək faydalıdır.

8. Müsahibə – həlledici mərhələdir

CV sizi müsahibəyə aparır, işi isə müsahibə qazandırır. Buna görə:

•    Şirkət haqqında əvvəlcədən araşdırma edin
•    Tez-tez verilən suallara cavablarınızı hazırlayın
   Öz nailiyyətlərinizi konkret nümunələrlə danışmağa hazır olun
•    Onlayn müsahibələr üçün texniki hazırlığı unutmayın

9. Müsahibədən sonra təşəkkür məktubu göndərin

Müsahibədən sonra şirkət nümayəndəsinə qısa təşəkkür məktubu yazmaq həm peşəkarlıq, həm də motivasiya göstəricisidir. Təəssüf ki, bir çox namizəd hələ də bu vacib addımı atmır.

10. Networking – gizli iş bazarının açarıdır

Yeni insanlarla tanış olun, tədbirlərdə iştirak edin, peşəkar əlaqələrinizi genişləndirin. Bir çox vakansiya heç vaxt açıq elan olunmur – onlar əlaqələr vasitəsilə doldurulur.

Sonda

Effektiv iş axtarışı təsadüflərə yox, düzgün strategiya və davamlı fəaliyyətə əsaslanır. “Həsən ağa”nın köməyi olmadan da uğur qazanmaq mümkündür – sadəcə prosesə ciddi, planlı və peşəkar yanaşmaq lazımdır.
Hamınıza axtardığınız işi ən qısa zamanda tapmağı arzulayıram!

Şəxsi problemləri rəhbərliklə paylaşmaq doğrudurmu?

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tramp Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir

03.02.2026

Bu kriptovalyuta Trampın adını daşıyacaq

03.02.2026

Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu

03.02.2026

İsrail və Azərbaycan memorandum imzaladı

03.02.2026

Bakıda torpaq 15 faiz bahalaşacaq

03.02.2026

Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib

03.02.2026

"Təhlükəsiz liman": Hindistan süni intellektin cənnətinə çevrilir

03.02.2026

Cənubi Koreya vergi səbəbindən milyonçularını itirir

03.02.2026

Texnologiya nə qədər ağıllı olsa da, düzgün hekayə olmadan dəyərsizdir - onu necə qurmaq olar?

03.02.2026

"ATF" "Göyçay" qum-çınqıl yatağını 7 000 manata aldı

03.02.2026

Cəmi bir uğurlu filmə baxmayaraq, dünya üzrə ən varlı komediyaçı milyarder odur

03.02.2026

İlon Mask "xAI" üçün kripto mütəxəssisi axtarır

03.02.2026

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

03.02.2026

Azərbaycanda saxta bank səhifələri yaradan hakerlər həbs edildi

03.02.2026

“Pəncəli Ürəklər” sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir ®

03.02.2026

Maksim Yevdokimov “Bir Ekosistem"də yeni vəzifəyə təyin olunub

03.02.2026

Kredit sığortası ödənişlərində 16 minlik azalma

03.02.2026

Hərbi prokurora yeni müavin təyin olundu

03.02.2026
"Subway Azerbaijan"d​a yeni baş direktor təyinatı

"Subway Azerbaijan"d​a yeni baş direktor təyinatı

03.02.2026

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər

03.02.2026

Məzənnə

Yüklənir...