Redaktor
Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu
“Adobe” süni intellekt sahəsinə yatırımlarını artırdığı bir vaxtda 2D animasiya dünyasının köklü proqramlarından biri olan “Adobe Animate”in bağlanacağını elan edib. Qərar animasiya icmasında ciddi məyusluq yaradıb.
Valyuta.az xəbər verir ki, şirkət bazar ertəsi dəstək saytında etdiyi yeniləmə və mövcud istifadəçilərə göndərdiyi elektron məktublar vasitəsilə “Adobe Animate”in 1 mart 2026-cı il tarixindən etibarən tamamilə dayandırılacağını açıqlayıb.
“Adobe”nin verdiyi məlumata görə, korporativ müştərilər keçid prosesini daha rahat başa çatdıra bilmələri üçün 1 mart 2029-cu ilədək texniki dəstək almağa davam edəcəklər. Digər bütün istifadəçilər üçün isə dəstək müddəti 2027-ci ilin martında bitəcək. Bu qərar “Adobe Animate” istifadəçiləri arasında təəccüb, məyusluq və narazılıqla qarşılanıb. Bir çoxları proqramın təqdim etdiyi imkanları tam əvəz edən alternativlərin demək olar ki, olmamasından narahatdır.
Reaksiyalar sərt olub. “X” platformasında paylaşım edən bir istifadəçi “Adobe”yə proqramı tamamilə ləğv etmək əvəzinə ən azı açıq mənbə kodlu etməsi çağırışı ilə müraciət edib. Şərhlərdə emosional reaksiyalar üstünlük təşkil edib: bəziləri “bu, sözün əsl mənasında həyatımı məhv edəcək” yazıb, digərləri isə “Adobe abunəçilərinin əhəmiyyətli hissəsi məhz Animate-ə görə abunə olur, şirkət nə etdiyini anlayırmı?” sualını verib.
“Adobe” isə “Animate”in niyə dayandırıldığına dair tez-tez verilən suallar bölməsində bildirib ki, proqram 25 ildən artıq müddətdə animasiya ekosisteminin formalaşması, böyüməsi və inkişafında öz rolunu uğurla yerinə yetirib. Şirkətin fikrincə, texnologiyalar inkişaf etdikcə istifadəçilərin ehtiyaclarını daha yaxşı qarşılayan yeni platformalar və yanaşmalar ortaya çıxır və bu dəyişiklik qəbul edilməlidir.
Mətnin alt qatında “Adobe”nin “Animate”i artıq şirkətin mövcud vizyonunu əks etdirməyən məhsul kimi qiymətləndirdiyi anlaşılır. Şirkətin diqqəti getdikcə süni intellekt texnologiyaları ilə inteqrasiya olunan məhsullara yönəlir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, “Adobe” “Animate”in funksiyalarını tam şəkildə əvəz edəcək konkret bir proqram da təklif etmir. Şirkət yalnız “Creative Cloud Pro” planına sahib istifadəçilərin digər “Adobe” tətbiqləri vasitəsilə “Animate”in bəzi funksiyalarını qismən əvəz edə biləcəyini bildirir.
Məsələn, “Adobe After Effects” proqramında “Puppet” alətinin mürəkkəb açar kadr animasiyalarını dəstəkləyə biləcəyi qeyd olunur. “Adobe Express” isə fotoşəkillər, videolar, mətnlər, formalar və digər dizayn elementləri üçün animasiya effektlərinin tətbiqi məqsədilə tövsiyə edilir.
“Animate”in sonunun yaxınlaşdığına dair əlamətlər əslində bir müddətdir müşahidə olunurdu. Proqram “Adobe”nin illik “Adobe Max” tədbirində demək olar ki, gündəmə gətirilmirdi, 2025-ci il versiyası isə ümumiyyətlə buraxılmamışdı. Şirkət əlavə edib ki, proqram kompüterində quraşdırılmış istifadəçilər üçün işləməyə davam edəcək. Bu arada bəzi istifadəçilər alternativ kimi “Moho Animation” və “Toon Boom Harmony” proqramlarını tövsiyə etməyə başlayıblar.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTramp Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir
03.02.2026Bu kriptovalyuta Trampın adını daşıyacaq
03.02.2026Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu
03.02.2026İsrail və Azərbaycan memorandum imzaladı
03.02.2026Bakıda torpaq 15 faiz bahalaşacaq
03.02.2026Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib
03.02.2026"Təhlükəsiz liman": Hindistan süni intellektin cənnətinə çevrilir
03.02.2026Cənubi Koreya vergi səbəbindən milyonçularını itirir
03.02.2026Texnologiya nə qədər ağıllı olsa da, düzgün hekayə olmadan dəyərsizdir - onu necə qurmaq olar?
03.02.2026"ATF" "Göyçay" qum-çınqıl yatağını 7 000 manata aldı
03.02.2026Cəmi bir uğurlu filmə baxmayaraq, dünya üzrə ən varlı komediyaçı milyarder odur
03.02.2026İlon Mask "xAI" üçün kripto mütəxəssisi axtarır
03.02.2026İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ
03.02.2026Azərbaycanda saxta bank səhifələri yaradan hakerlər həbs edildi
03.02.2026“Pəncəli Ürəklər” sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir ®
03.02.2026Maksim Yevdokimov “Bir Ekosistem"də yeni vəzifəyə təyin olunub
03.02.2026Kredit sığortası ödənişlərində 16 minlik azalma
03.02.2026Hərbi prokurora yeni müavin təyin olundu
03.02.2026