Redaktor
"Təhlükəsiz liman": Hindistan süni intellektin cənnətinə çevrilir
Hindistan son 20 ildir dünyanın “arxa ofisi” kimi tanınan proqram təminatı və xidmət yönümlü kimliyini, qlobal məlumat trafiyasında mərkəz olma yolunda radikal bir addımla dəyişdirir.
Valyuta.az xəbər verir ki, bu ilin dövlət büdcəsində elan olunan yeni tənzimləmə xarici məlumat mərkəzi operatorları üçün demək olar “vergi cənnəti” vəd edir.
Əgər bir texnologiya nəhəngi Hindistan ərazisində qurduğu obyekt vasitəsilə xarici müştərilərə xidmət göstərirsə, bu böyük gəlirdən Hindistan dövlətinə bir qəpik də vergi ödəməyəcək. Bu qərar AWS, "Microsoft Azure" və "Google Cloud" kimi bulud hesablama nəhənglərinin qlobal əməliyyatlarını və süni intellektin təlim proseslərini Hindistana yönəltməsi üçün böyük “yaşıl işıq” deməkdir.
Əlbəttə, bu güzəştlərin sərhədləri və yerli iqtisadiyyatı qoruma üsulları da açıq şəkildə müəyyən edilib. Hindistan daxilindəki müştərilərə təqdim olunan xidmətlərin vergiləndirilməsi isə olduğu kimi davam edəcək. Yəni xarici şirkətlər, Hindistandakı obyektlərini istehsal mərkəzi kimi istifadə edərək öz ölkələrindəki vətəndaşlara xidmət satmaq imkanına malikdir. Xüsusilə süni intellekt modellərinin təlimi kimi yüksək enerji və hesablama gücü tələb edən iş yükləri, bu yeni vergi güzəşti sayəsində daha az maliyyətlə həyata keçirilə biləcək.
"Təhlükəsiz liman" və qlobal məlumat sıxlığı
Əvvəllər çoxmillətli şirkətlərin Hindistana böyük sərmayələr yatırmaqdan çəkinməsinin əsas səbəbi dayanmayan vergi mübahisələri idi. Hökumətlə şirkətlər arasında ödənəcək vergi məbləği barədə anlaşmazlıqlar illərlə davam edən məhkəmə savaşlarına çevrilirdi. Hindistan bu problemi “Təhlükəsiz liman” adlı bir formulla həll edib. Bu yanaşmaya görə, şirkətlərin Hindistan və xaricdəki bölmələri arasında mənfəət transferində 15%-lik sabit əməliyyat marjası müəyyənləşdirilib. Şirkətlər bu rəqəmi bəyan etdikcə hökumət heç bir yoxlama aparmayacağını öhdəsinə götürdü və tərəflər arasında bir növ sülh sazişi imzalanıb.
Dünya üzrə məlumat mərkəzi bazarı ciddi sıxışmaya düşüb. Süni intellekt modellərinin yayılması ilə hesablama gücü tələbi rekord səviyyələrə çatıb, Vircinia, Sinqapur və İrlandiya kimi ənənəvi məlumat mərkəzi mərkəzlərində isə artıq nə boş torpaq qalıb, nə də kifayət qədər enerji. Hindistanın bu qərarı qlobal sıxlıq üçün mühüm bir rahatlama təmin edə bilər. Lakin bu nəhəng sərmayələrin "Apple" və ya "Foxconn"un telefon montaj xəttlərində olduğu kimi on minlərlə insan üçün iş təmin etməsi gözlənilmir. Çünki məlumat mərkəzləri kapital baxımından çox intensiv, amma insan gücü baxımından kifayət qədər sadə obyektlərdir.
"Microsoft" və "Amazon" artıq ölkədə milyardlarla dollarlıq məlumat mərkəzi əməliyyatlarını idarə edir, "Google" isə sahil şəhəri Visakhapatnamda quracağı yeni obyektlə bu yarışa qoşulub. Hindistan indi yalnız proqramçı gənclərin ölkəsi deyil, internet və süni intellektin fiziki vətənlərindən biri olmağa doğru inamla irəliləyir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTramp Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir
03.02.2026Bu kriptovalyuta Trampın adını daşıyacaq
03.02.2026Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu
03.02.2026İsrail və Azərbaycan memorandum imzaladı
03.02.2026Bakıda torpaq 15 faiz bahalaşacaq
03.02.2026Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib
03.02.2026"Təhlükəsiz liman": Hindistan süni intellektin cənnətinə çevrilir
03.02.2026Cənubi Koreya vergi səbəbindən milyonçularını itirir
03.02.2026Texnologiya nə qədər ağıllı olsa da, düzgün hekayə olmadan dəyərsizdir - onu necə qurmaq olar?
03.02.2026"ATF" "Göyçay" qum-çınqıl yatağını 7 000 manata aldı
03.02.2026Cəmi bir uğurlu filmə baxmayaraq, dünya üzrə ən varlı komediyaçı milyarder odur
03.02.2026İlon Mask "xAI" üçün kripto mütəxəssisi axtarır
03.02.2026İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ
03.02.2026Azərbaycanda saxta bank səhifələri yaradan hakerlər həbs edildi
03.02.2026“Pəncəli Ürəklər” sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir ®
03.02.2026Maksim Yevdokimov “Bir Ekosistem"də yeni vəzifəyə təyin olunub
03.02.2026Kredit sığortası ödənişlərində 16 minlik azalma
03.02.2026Hərbi prokurora yeni müavin təyin olundu
03.02.2026