Redaktor
Azərbaycanda saxta bank səhifələri yaradan hakerlər həbs edildi
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib. Əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.
Valyuta.az xəbər verir ki, bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar “izi” itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400.000 manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTramp Harvard Universitetindən 1 milyard dollar təzminat tələb edir
03.02.2026Bu kriptovalyuta Trampın adını daşıyacaq
03.02.2026Süni intellektə yönəlmə 25 illik proqram fəaliyyətinə son qoydu
03.02.2026İsrail və Azərbaycan memorandum imzaladı
03.02.2026Bakıda torpaq 15 faiz bahalaşacaq
03.02.2026Naxçıvan Ali Məclisinin İntizam komissiyasının rəhbərliyi seçilib
03.02.2026"Təhlükəsiz liman": Hindistan süni intellektin cənnətinə çevrilir
03.02.2026Cənubi Koreya vergi səbəbindən milyonçularını itirir
03.02.2026Texnologiya nə qədər ağıllı olsa da, düzgün hekayə olmadan dəyərsizdir - onu necə qurmaq olar?
03.02.2026"ATF" "Göyçay" qum-çınqıl yatağını 7 000 manata aldı
03.02.2026Cəmi bir uğurlu filmə baxmayaraq, dünya üzrə ən varlı komediyaçı milyarder odur
03.02.2026İlon Mask "xAI" üçün kripto mütəxəssisi axtarır
03.02.2026İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ
03.02.2026Azərbaycanda saxta bank səhifələri yaradan hakerlər həbs edildi
03.02.2026“Pəncəli Ürəklər” sahibsiz heyvanlara dəstək aksiyası uğurla davam edir ®
03.02.2026Maksim Yevdokimov “Bir Ekosistem"də yeni vəzifəyə təyin olunub
03.02.2026Kredit sığortası ödənişlərində 16 minlik azalma
03.02.2026Hərbi prokurora yeni müavin təyin olundu
03.02.2026