Bakıda torpaq 15 faiz bahalaşacaq

Redaktor

03.02.2026 21:31
448

Bakıda torpaq 15 faiz bahalaşacaq

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Bakıda bu il təməldən tikilinin 17%, torpağın 15% bahalaşacağını gözləyir.

Valyuta.az Modern.az-a istinadən xəbər verir ki, bunu Cəmiyyətin sədri Vüqar Oruc bildirib.

Təməldən tikililər

V.Oruc hesab edir ki, bu il Bakıda təməldən tikililərdə orta qiymət artımı 17%, gələn il isə 18,5% olacaq. Paytaxtın ayrı-ayrı rayonlarına gəlincə isə bahalaşmanın 2026-cı ildə Səbaildə 21,2%, Nərimanovda 20,8%, Yasamalda 19,6%, Xətaidə 18,3%, Nizamidə 17,8%, Nəsimidə 15,6%, Binəqədidə 14,3%, Sabunçuda 13,7%, Suraxanıda 13%, Xəzərdə 11,2%, Qaradağda 7,8%, Pirallahıda 4% olacağı gözlənilir.

2027-ci ildə isə artım aşağıdakı kimi olmalıdır: Səbail – 23%, Yasamal – 21,4%, Nərimanov – 21,6%, Xətai – 19,1%, Nəsimi – 17,1%, Nizami – 17,4%, Binəqədi – 16,9%, Suraxanı – 15,6%, Sabunçu – 15,3%, Xəzər – 12,7%, Qaradağ – 9,2%, Pirallahı – 5%.

Torpaq sahələri

Onun sözlərinə görə, 2025-ci ildə torpaq bazarında qiymət artımı təxminən 20% olub. Proqnoza əsasən, 2026-cı ildə dinamika 15%, 2027-ci ildə isə 11,5% təşkil edəcək.

Bu il rayonlar üzrə artım belə gözlənilir: Nərimanov – 18,5%, Yasamal – 17,4%, Səbail – 17%, Xətai – 16%, Nəsimi – 15,9%, Nizami – 15,8%, Binəqədi – 15,2%, Sabunçu – 14,8%, Suraxanı – 14,2%, Xəzər – 13,6%, Qaradağ – 11,2%, Pirallahı – 7%.

Gələn il isə Nərimanovda 14,5%, Səbaildə 14,2%, Yasamalda 13,6%, Nəsimidə 13,5%, Xəzərdə 13,2%, Xətaidə 13,0%, Nizamidə 12%, Binəqədidə 11,6%, Sabunçuda 11,3%, Suraxanıda 10,8%, Qaradağda 7,9%, Pirallahıda 7% artım proqnozlaşdırılır.

Fərdi yaşayış evləri

V.Oruc deyir ki, fərdi yaşayış evləri bazarında qiymət artımı nisbətən az olacaq. 2025-ci ildə dinamika 13,5% təşkil etdiyi halda, 2026-cı ildə 9%, 2027-ci ildə isə 6,5% olacağı gözlənilir.

Qeyri-yaşayış obyektləri

Onun fikrincə, ticarət və ofis sahələrində də qiymət artımı tempi mərhələli şəkildə azalacaq. 2025-ci ildə dinamika 13,9% olduğu halda 2026-cı ildə 11,5%, 2027-ci ildə isə 7,8% olacağı gözlənilir.

Beləliklə, bazar üzrə ümumi dinamika göstərir ki, qiymət artımı davam etsə də, temp əvvəlki illərlə müqayisədə tədricən azalır. Ən aktiv seqmentlər torpaq sahələri və təməldən tikilən layihələr olaraq qalır, investor marağı əsasən bu istiqamətlərdə cəmləşir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda psixoloq seansları niyə bu qədər bahadır? – Qiymətlər 500 manatı keçir

12.07.2026

Teylor Svift və Trevis Kelsinin toyuna xərclənən vəsaitin miqdarı məlum olub

12.07.2026
19 yaşında qurduğu şirkətlə necə dünyanın ən gənc milyarderi oldu?

19 yaşında qurduğu şirkətlə necə dünyanın ən gənc milyarderi oldu?

12.07.2026

Televiziyanın ən çox qazanan aktyorları

11.07.2026

Daşınmaz əmlakın icbari sığortasında ödənişlər 34,9% artıb

11.07.2026

İtirilmiş irs: Mütləq tanış olmalı olduğunuz 5 klassik avtomobil

11.07.2026

"Google" süni intellektlə hazırlanan reklamlara etiket əlavə edəcək

11.07.2026

Tez-tez ezamiyyətə gedənlər üçün 5 faydalı səyahət məsləhəti

11.07.2026

Azərbaycanda niyə 3 manatlıq yoxdur? – RƏSMİ CAVAB

11.07.2026

Kim daha çox pul xərcləyir – xoşbəxt, yoxsa kədərli insanlar?

11.07.2026
Böyük Britaniya iri bulud xidməti şirkətlərini maliyyə nəzarətinə götürür

Böyük Britaniya iri bulud xidməti şirkətlərini maliyyə nəzarətinə götürür

11.07.2026

Uğur nədir? Dünyaca məşhur 9 şəxsin uğur haqqında fikirləri

11.07.2026

İnvestorların bilməli olduğu Uorren Baffetin 3 qızıl qaydası

11.07.2026

Effektiv şəbəkələşmə: Bu 10 səhvdən uzaq durun

11.07.2026

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

11.07.2026

Polşa Mərkəzi Bankı inflyasiyanın hədəf diapazonunda qalacağını gözləyir

11.07.2026

“Bitcoin”in qiyməti 64 min dolları ötüb

11.07.2026

Milli valyutada uzunmüddətli kreditlər: ilk 5 iqtisadi rayon

11.07.2026

Dünya bazarlarında neft ucuzlaşıb

11.07.2026

İlk “Milli Kosmik İnkubasiya” layihəsinin “Demo Day” tədbirində 7 startap təqdim olunub

11.07.2026

Məzənnə

Yüklənir...