İtirilmiş irs: Mütləq tanış olmalı olduğunuz 5 klassik avtomobil

Redaktor

11.07.2026 21:00
85

İtirilmiş irs: Mütləq tanış olmalı olduğunuz 5 klassik avtomobil

Klassik avtomobillər illər keçsə də öz cazibəsini itirmir. Keçmiş nəsillər bu avtomobilləri təkcə nəqliyyat vasitəsi kimi deyil, həm də dövrünün üslub və mühəndislik simvolu kimi xatırlayırlar.

Müasir texnologiyaların inkişafına baxmayaraq, vintage avtomobillər bu gün də kolleksiyaçılar və avtomobil həvəskarları üçün xüsusi dəyər daşıyır.

Aşağıda avtomobil tarixində iz qoymuş beş klassik model təqdim olunur:

1. 1969-cu il istehsalı "Ferrari Dino 246 GT"

"Ferrari Dino 246 GT" şirkətin qurucusu Entso Ferrarinin oğlu Dino Ferrarinin xatirəsinə yaradılıb. Bu model kütləvi istehsala buraxılan ilk "Ferrari" avtomobillərindən biri hesab olunur.

Modelin adındakı "246" rəqəmi onun 2,4 litrlik V6 mühərrikini ifadə edir. Avtomobil saatda 146 mil (təxminən 235 km/saat) maksimal sürət yığa və 0-dan 60 mil/saatadək (96 km/saat) cəmi 7,4 saniyəyə sürətlənə bilirdi.

Dövrü üçün bu göstəricilər mühüm nailiyyət sayılırdı. Dizaynı məşhur "Pininfarina" studiyası hazırlayıb və model həm görünüşü, həm də idarəetmə xüsusiyyətləri ilə böyük rəğbət qazanıb.

"Motor Trend Classic" jurnalı bu avtomobili bütün dövrlərin ən yaxşı 10 "Ferrari" modeli siyahısına daxil edib. Nadirliyi və tarixi əhəmiyyətinə görə müxtəlif hərraclarda yüksək qiymətlə satılır.

2. 1957-ci il istehsalı "Mercedes-Benz 300SL Gullwing"

"Mercedes-Benz 300SL Gullwing" XX əsrin ən arzulanan klassik idman avtomobillərindən biri hesab olunur.

İlk dəfə 1954-cü ildə təqdim edilən ikiyerlik model dövrünün ən sürətli avtomobillərindən biri idi və saatda 161 mil (təxminən 259 km/saat) sürət yığa bilirdi.

Model yanacaq püskürtmə sistemi ilə təchiz olunmuş ilk avtomobillərdən biri olub. Yuxarıya doğru açılan məşhur "Gullwing" qapıları isə onu avtomobil tarixinin ikonalarından birinə çevirib.

Adındakı "300" 3 litrlik mühərriki, "SL" isə "Sport Leicht" (yüngül idman avtomobili) mənasını ifadə edir.

Hazırda yaxşı vəziyyətdə olan bu modelin bazar dəyəri təxminən 2 milyon funt sterlinqə çata bilər.

3. 1967-ci il istehsalı "Chevrolet Camaro"

"Chevrolet" şirkəti 1967-ci ildə bazarda böyük uğur qazanan "Ford Mustang"a rəqib olaraq "Camaro" modelini təqdim etdi.

Ön mühərrik və arxa ötürücü sisteminə malik olan model sonradan beş nəsil ərzində istehsal edilsə də, ilk nəsil avtomobil bu gün də klassik "muscle car" nümunələrindən biri hesab olunur.

İstifadəyə yararlı vəziyyətdə olan 1967-ci il istehsalı "Camaro" modellərinin qiyməti adətən 15 min funt sterlinqdən başlayır.

4. 1963-cü il istehsalı "Corvette Sting Ray"

"Corvette Sting Ray" klassik Amerika avtomobillərinin ən məşhur nümayəndələrindən biridir.

Model Amerika "muscle car" ənənələrini Avropa dizayn zərifliyi ilə birləşdirirdi. 1967-ci ilə qədər kupe versiyasının əsas dizaynı qorunub saxlanılsa da, sürücünün arxa görünüşünü məhdudlaşdırdığı üçün ikiyə bölünmüş arxa şüşə sonradan ləğv edildi.

360 at gücünə malik V8 mühərriki sayəsində avtomobil 0-dan 60 mil/saatadək sürəti 6 saniyədən az müddətdə yığa bilirdi ki, bu göstərici hətta müasir standartlarla da kifayət qədər yüksək hesab olunur.

5. 1969-cu il istehsalı "Boss 429 Ford Mustang"

"Boss 429 Ford Mustang" yalnız 1969–1970-ci illərdə məhdud sayda istehsal olunub və ən nadir klassik "muscle car" modellərindən biri hesab edilir.

"Boss 9" ləqəbi ilə tanınan modelin yaradılması "Ford"un "NASCAR" yarışları üçün yeni mühərrik hazırlaması ilə bağlı idi. Yarış qaydalarına əsasən, həmin mühərrikdən ən azı 500 ictimai satış avtomobilində istifadə olunmalı idi.

Beləliklə, 375 at gücünə malik 7 litrlik Hemi mühərriki hazırlanıb. Şirkətin məlumatına görə, avtomobil saatda 170 mil (təxminən 274 km/saat) maksimal sürət yığa bilirdi.

Hazırda bu modelin bazar qiyməti 400 min ABŞ dollarını ötə bilir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İtirilmiş irs: Mütləq tanış olmalı olduğunuz 5 klassik avtomobil

11.07.2026

"Google" süni intellektlə hazırlanan reklamlara etiket əlavə edəcək

11.07.2026

Tez-tez ezamiyyətə gedənlər üçün 5 faydalı səyahət məsləhəti

11.07.2026

Azərbaycanda niyə 3 manatlıq yoxdur? – RƏSMİ CAVAB

11.07.2026

Kim daha çox pul xərcləyir – xoşbəxt, yoxsa kədərli insanlar?

11.07.2026
Böyük Britaniya iri bulud xidməti şirkətlərini maliyyə nəzarətinə götürür

Böyük Britaniya iri bulud xidməti şirkətlərini maliyyə nəzarətinə götürür

11.07.2026

Uğur nədir? Dünyaca məşhur 9 şəxsin uğur haqqında fikirləri

11.07.2026

İnvestorların bilməli olduğu Uorren Baffetin 3 qızıl qaydası

11.07.2026

Effektiv şəbəkələşmə: Bu 10 səhvdən uzaq durun

11.07.2026

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

11.07.2026

Polşa Mərkəzi Bankı inflyasiyanın hədəf diapazonunda qalacağını gözləyir

11.07.2026

“Bitcoin”in qiyməti 64 min dolları ötüb

11.07.2026

Milli valyutada uzunmüddətli kreditlər: ilk 5 iqtisadi rayon

11.07.2026

Dünya bazarlarında neft ucuzlaşıb

11.07.2026

İlk “Milli Kosmik İnkubasiya” layihəsinin “Demo Day” tədbirində 7 startap təqdim olunub

11.07.2026

“SoftBank” və “PayPay” şirkətləri “Seven & i”də iri pay almağı nəzərdən keçirir

11.07.2026

Azərbaycanın xarici dövlət borcu 8% azalıb

11.07.2026
Ev təmirində yaşadığı çətinlikdən 4 milyard dollarlıq şirkət qurdu

Ev təmirində yaşadığı çətinlikdən 4 milyard dollarlıq şirkət qurdu

11.07.2026

"Netflix" 24/7 yayımlanacaq canlı TV kanalları yaratmağa hazırlaşır

10.07.2026

Hindistandan smartfon istehsalında yeni mərhələ

10.07.2026

Məzənnə

Yüklənir...