Redaktor
Teylor Svift və Trevis Kelsinin toyuna xərclənən vəsaitin miqdarı məlum olub
İyulun 3-də ABŞ-nin Nyu-York şəhərinin "Madison Square Garden" arenasında müğənni Teylor Svift və amerikalı futbolçu Trevis Kelsinin baş tutan toy mərasiminə xərclənən vəsaitin miqdarı məlum olub.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə hesablamalar "Forbes" jurnalında açıqlanıb. Qeyd olunub ki, ehtimal olunan şəhər xərcləri də daxil olmaqla, bu toy 20-30 milyon dollar dəyərində qiymətləndirilir.
Qeyd edək ki, mərasimdə minə yaxın qonaq iştirak edib. Toy üçün arena canlı ağaclar, çiçəklər və çoxsəviyyəli dekorasiyalarla bəzədilərək əsl bağçaya çevrilib. Svift tədbirdə bir neçə fərqli "Dior" obrazında nümayiş olunub, qonaqlar arasında isə Cici Hadid, Bredli Kuper, Ed Şiran və digər tanınmış ulduzlar yer alıb.
Anant Ambani və Radhika Merçant - iyul 2024-cü il. Toy şənlikləri bir neçə ay davam edib. Dəvətlilər siyahısında Toni Bleyr və Boris Conson kimi siyasətçilər də olub, qonaqlar üçün isə Rianna, Castin Biber və Keti Perri çıxış ediblər. "Reuters" və digər kütləvi informasiya vasitələri xərclərin təxminən 600 milyon dollar olduğunu bildirərək, bunu müasir tarixin ən bahalı toylarından biri adlandırıblar.
İşa Ambani və Anand Piramal - dekabr 2018-ci il. Udaypurda keçirilən toydan öncəki şənlikdə Beyonse çıxış edib. İştirakçılar arasında Hillari Klinton, Arianna Haffinqton və Bollivud ulduzları var idi. "Forbes" toyun xərclərini təqribən 100 milyon dollar olaraq hesablasa da, Ambani ailəsinin nümayəndələri real məbləğin qat-qat az - təxminən 15 milyon dollar olduğunu qeyd ediblər.
Ceff Bezos və Loren Sançes - iyun 2025-ci il. İtaliyanın Venesiya şəhərində təşkil edilən üç günlük toyda Bill Qeyts, Opra Uinfri, Orlando Blum, İordaniya Kraliçası Raniya və Kardaşyan ailəsi də daxil olmaqla 200-250 nəfər qonaq iştirak edib.
Şahzadə Harri və Meqan Markl - may 2018-ci il. Vindzordakı Müqəddəs Georq kilsəsində baş tutan mərasim 600 qonağın iştirakı ilə keçirilib. Dəvətlilər arasında Opra Uinfri, Devid və Viktoriya Bekhemlər, Corc və Amal Klunilər, Serena Uilyams, həmçinin Elton Con yer alıblar.
Co Nahmad və Medison Hedrik - may 2023-cü il. Şənlik Sardiniyadakı Kosta-Smeralda kurortunda keçirilib. Qonaqlar arasında Leonardo Di Kaprio və Tom Bredinin də olduğu bildirilirdi.
Milyarder toyları niyə şəhər əhəmiyyətli hadisəyə çevrilir?
Məşhurların toyları bütöv bir şəhərin həyat ritminə təsir göstərə bilər: təhlükəsizlik məqsədilə küçələr bağlanır, nəqliyyat marşrutları dəyişdirilir və ictimai məkanlara giriş məhdudlaşdırılır.
Bezos və Sançesin toyu etirazlarla qarşılanıb: Venesiya sakinlərinin bir qismi şəhərin və onun tarixi məkanlarının özəl bir tədbir üçün istifadə edilməsinə qarşı çıxıb. Etirazçılar günlərin birində San-Marko meydanında belə bir plakat asıblar: "Əgər Venesiyanı toy üçün icarəyə götürə bilirsinizsə, deməli, daha çox vergi də ödəyə bilərsiniz".
"Business Insider" Bezos və Sançesin Venesiyada keçirilən toyunu, Nyu-Yorkdakı Svift və Kelsi mərasimi ilə müqayisə edib. Sviftin toyundan əvvəl "Madison Square Garden", Pensilvaniya vağzalı və "Moynihan Train Hall" ətrafındakı küçələrin bağlanması tıxaclara səbəb olub və sərnişinlərin narazılığına yol açıb.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTeylor Svift və Trevis Kelsinin toyuna xərclənən vəsaitin miqdarı məlum olub
12.07.2026
19 yaşında qurduğu şirkətlə necə dünyanın ən gənc milyarderi oldu?
12.07.2026Televiziyanın ən çox qazanan aktyorları
11.07.2026Daşınmaz əmlakın icbari sığortasında ödənişlər 34,9% artıb
11.07.2026İtirilmiş irs: Mütləq tanış olmalı olduğunuz 5 klassik avtomobil
11.07.2026"Google" süni intellektlə hazırlanan reklamlara etiket əlavə edəcək
11.07.2026Tez-tez ezamiyyətə gedənlər üçün 5 faydalı səyahət məsləhəti
11.07.2026Azərbaycanda niyə 3 manatlıq yoxdur? – RƏSMİ CAVAB
11.07.2026Kim daha çox pul xərcləyir – xoşbəxt, yoxsa kədərli insanlar?
11.07.2026