Redaktor
“Kapitalı güclü banklar krediti aşağı faizlə verə bilir”
Bankdan kredit götürmək deyəndə, ağla ilk gələn məbləğdən əlavə ödənməli olan faizdir. Bankların fərqli faiz tətbiq etməsi insanlarda bəzən tərəddüd yaradır. Ya kredit götürməkdən çəkinirlər, ya da götürdükdən sonra problemlər yaşayırlar. Ancaq bu faizin nəyə görə tətbiq olunduğunu və banklardakı fərqlərin nədən yarandığını anlamırlar. Bəzi banklar yüksək faizlə, bəziləri isə aşağı faizlə verir. Bəs bu faiz fərqlərinin səbəbi nədir?
Maliyyə eksperti İsmayıl Məmmədov Valyuta.az-a bildirir ki, faiz, iqtisadiyyatın danışıq dilidir:
“Pulun zaman dəyəri, risk, bankın maliyyə sağlamlığı və ölkənin monetar siyasəti bir-birinə bağlıdır. 1000 manat bu gün 1 il sonrakı 1000 manatdan daha dəyərlidir. Bank bu fərqi faizlə ödəyir. Burada inflyasiya, alternativ gəlir imkanları və qeyri-müəyyənlik rol oynayır. Azərbaycanda son illərdə inflyasiya 7-9% arasında olub. Banklar qanunla bu faizdən aşağı verməməlidir.
Bank üçün kredit risk deməkdir. Banklar kredit verərsən o riskləri də faizlərində nəzərə alırlar. Kiçik biznes krediti ilə dövlət zəmanətli ipoteka krediti eyni faizlə verilə bilməz. Araşdırmalar göstərir ki, riskli kreditlərdə faiz 3-12 faiz bəndi yüksək olur. Kredit geri qayıtmazsa faiz artır.
Bankın əməliyyat xərcləri də faizə təsir edir. İşçi maaşı, IT sistemi, risk analitikləri, hüquqi və nəzarət xərcləri, texnologiya və ofis kirayəsi kredit xərclərinə daxildir. Orta Azərbaycan bankında kredit əməliyyat xərci portfelin 1,5-2,5%-i qədərdir”.

İ.Məmmədov deyir ki, banklar arasında faiz fərqləri bir neçə səbəbdən yaranır: “Kapitalı güclü banklar daha aşağı faiz verə bilir. Risk qiymətləndirmə metodları bankdan banka fərqlidir. Depozit faizi də kredit faizinə təsir edir. Məsələn, bank əmanətçilərə 12% faiz ödəyirsə, kreditdən ən az 15-17% gəlir götürməlidir.
Rəqabət strategiyası da önəmlidir. Bəzi banklar aşağı faizlə bazar payını artırır, bəziləri yüksək gəlirli müştəriyə xidmət edir. Texnologiya və səmərəlilik də faizə təsir edir. Rəqəmsallaşmış bank xərcləri azaldır və faizləri aşağı saxlaya bilir.
Mərkəzi Bankın siyasəti bank faizlərinə birbaşa təsir edir. Uçot dərəcəsi, ehtiyat norması və likvidlik alətləri dəyişdikdə faiz qaçılmaz olaraq dəyişir”.
“Aşağı faizli banklar riskli kreditləri seçmir və kredit artımı yavaşdır. Yüksək faizli banklar daha çox risk götürür. Likvidlik problemi yarananda, ya kredit verməyi dayandırır, ya da faizləri artırır.
Azərbaycanda faiz fərqləri əsasən kiçik və orta biznes kreditlərində 8-25%, ipoteka kreditlərində 10-15% arasındadır. Təcili və kiçik məbləğli kreditlərdə fərq daha böyükdür. FinTech bankları ənənəvi banklardan 2-4% aşağı faiz təklif edə bilir” – deyə maliyyə eksperti bildirdi.
Şəbnəm İbrahimxəlilova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycana dəniz nəqliyyatı ilə yük idxalı azalıb
09.02.20262026-nın ən yaxşı 10 işi: Hər yerdən işləmək mümkündür - SİYAHI
09.02.2026"Unibank" mənfəətini bölüşdürəcək
09.02.2026Sabah Bakıya qar yağacaq
09.02.2026Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı
09.02.2026“Kapitalı güclü banklar krediti aşağı faizlə verə bilir”
09.02.2026Amerikalı nazir: Qızıldakı dalğalanmanın arxasında çinli investorlar var
09.02.2026Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
09.02.2026Bu sığorta üzrə yığımlar və ödənişlər artıb
09.02.2026Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
09.02.2026Restoranlarda “Sevgililər günü”nə olan qiymətlər - SİYAHI
09.02.2026Naxçıvana yeni Baş nazir təyin olundu
09.02.2026
“Assist Finance"nin dövriyyəsi 26% azalıb
09.02.2026“Mpay” 60 min manat cərimələnib
09.02.2026Şahin Əliyev: "Yerli kibertəhlükəsizlik startapına Avropada ciddi maraq var"
09.02.2026Borcu olan şirkət tender uddu
09.02.2026