“Assist Finance"nin dövriyyəsi 26% azalıb

Redaktor

09.02.2026 11:30
100

“Assist Finance"nin dövriyyəsi 26% azalıb

2026-cı ilin yanvar ayında “Assists Finance İnvestisiya Şirkəti”nin daxili birjadakı dövriyyəsi 149 əqd üzrə 802 milyon 688 min 374 manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26% və ya 281 milyon 698 min 329 manat azdır.

Ötən ilin yanvarında şirkətin Bakı Fond Birjasındakı dövriyyəsi 399 əqd üzrə 1 milyard 84 milyon 386 min 703 manat olmuşdu.

2026-cı ilin yanvar ayı üzrə bir əqdin orta dəyəri 5 milyon 387 min 795 manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 2 milyon 670 min manat və ya 98,3% çoxdur. Müvafiq dövrdə bu rəqəm 2 milyon 717 min 508 manat olub.

Hesabat dövründə “Assists Finance” tərəfindən səhm dövriyyəsi həyata keçirilməyib. Ümumi dövriyyənin 776 milyon 9 min manatı repo əməliyyatlarının, 459 min manatı dövlət istiqrazlarının, 53 manatı korporativ istiqrazların, 26 milyon 165 min manatı isə Mərkəzi Bankın notlarının payına düşüb.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...