Redaktor
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında yeni Baş nazir təyin olunub. Yeni baş nazir Cabbar Hafiz oğlu Musayevdir.
Valyuta.az Baş nazirin tərcümeyi-halını təqdim edir:
Cabbar Hafiz oğlu Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.
Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib.
2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-2024-cü illərdə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 4 noyabr 2024-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Naxçıvan MR Ali Məclisinin 9 fevral 2026-cı il tarixli qərarı ilə Baş nazir təyin edilib.
Dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Evlidir, iki övladı var.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycana dəniz nəqliyyatı ilə yük idxalı azalıb
09.02.20262026-nın ən yaxşı 10 işi: Hər yerdən işləmək mümkündür - SİYAHI
09.02.2026"Unibank" mənfəətini bölüşdürəcək
09.02.2026Sabah Bakıya qar yağacaq
09.02.2026Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı
09.02.2026“Kapitalı güclü banklar krediti aşağı faizlə verə bilir”
09.02.2026Amerikalı nazir: Qızıldakı dalğalanmanın arxasında çinli investorlar var
09.02.2026Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
09.02.2026Bu sığorta üzrə yığımlar və ödənişlər artıb
09.02.2026Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
09.02.2026Restoranlarda “Sevgililər günü”nə olan qiymətlər - SİYAHI
09.02.2026Naxçıvana yeni Baş nazir təyin olundu
09.02.2026
“Assist Finance"nin dövriyyəsi 26% azalıb
09.02.2026“Mpay” 60 min manat cərimələnib
09.02.2026Şahin Əliyev: "Yerli kibertəhlükəsizlik startapına Avropada ciddi maraq var"
09.02.2026Borcu olan şirkət tender uddu
09.02.2026