Redaktor
"Together AI"ın dəyəri 8,3 milyarda yüksəldi
Süni intellekt sahəsində açıq mənbəli böyük dil modelləri üçün bulud infrastrukturu təqdim edən "Together AI" 800 milyon dollar həcmində Seriya C investisiya raundunu uğurla başa vurub.
Valyuta.az xəbər verir ki, yeni maliyyələşmə nəticəsində şirkətin bazar dəyəri 8,3 milyard dollara çatıb.
İnvestisiya raunduna "Aramco Ventures" rəhbərlik edib. Raundda həmçinin "Vista Equity Partners", "General Catalyst", "NVIDIA", "Emergence Capital", "March Capital", "Prosperity7 Ventures", "Salesforce Ventures", "Coatue" və şirkətin digər mövcud investorları iştirak ediblər.
2022-ci ildə təsis olunan "Together AI" tərtibatçılar və korporativ müştərilər üçün açıq mənbəli böyük dil modellərinin öyrədilməsi, incə tənzimlənməsi (fine-tuning) və istehsal mühitində istifadəsini təmin edən bulud infrastrukturu təqdim edir. Platforma əsasən "DeepSeek", "MiniMax", kimi və digər açıq mənbəli modellərin yüksək məhsuldarlıqlı GPU klasterləri üzərində işlədilməsinə fokuslanır.
Şirkət yeni cəlb etdiyi vəsaiti GPU infrastrukturunun genişləndirilməsinə, qlobal məlumat mərkəzlərinin gücünün artırılmasına və korporativ müştərilər üçün süni intellekt platformasının inkişafına yönəltməyi planlaşdırır.
Şirkətin açıqladığı məlumata görə, "Together AI"ın illik sifariş həcmi son rübün yekunlarına əsasən 1,15 milyard dolları ötüb. Platformanın minlərlə ödənişli müştərisi var.
Qeyd edək ki, bu investisiya süni intellekt infrastrukturu təqdim edən "neocloud" şirkətlərinə investor marağının davam etdiyi bir dövrə təsadüf edir. Hesablama resurslarına artan tələbat və açıq mənbəli süni intellekt modellərinin geniş yayılması "Together AI" kimi alternativ bulud xidməti təminatçılarını texnologiya sektorunun ən sürətlə inkişaf edən istiqamətlərindən birinə çevirir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAlmaniya startapı 1,2 milyard dollar investisiya cəlb etdi
02.07.2026Sotu bir milyon manat: Paytaxtda ən bahalı torpaq sahələrinin yerləşdiyi ərazilər açıqlandı - VİDEO
02.07.2026"Kakaku.com" üçün təklif 4,12 milyard dollara qaldırıldı
02.07.2026Reklam gəlirləri kifayət etmədi: "Meta" xidmətləri bazarına daxil olur
02.07.2026Gün içi ticarət strategiyaları: Uğur üçün sadə və qabaqcıl üsullar
02.07.2026ABŞ təsdiqlədi, Britaniya dayandırdı: 3,7 milyard dollarlıq birləşmə baş tutmadı
02.07.2026"SpaceX" süni intellekt əsaslı yeni cihaz üzərində işləyə bilər
02.07.2026Xaricə səfər sığortası üzrə yığımlar 75%-dən çox artıb
02.07.2026"Microsoft" 2,5 milyard dollarlıq şirkət yaradır
02.07.2026"Bakı Metropoliteni" 3,2 milyon manatlıq tender elan edib
02.07.2026Çin startapından yeni süni intellekt modeli: "OpenAI" və "Anthropic"ə daha ucuz alternativ
02.07.2026Texnologiyada qadınların inkişafına həsr olunan “TechSHEroes” IV tədbiri keçiriləcək!
02.07.2026