Təyyarə bileti almaq üçün ən uyğun vaxt – Səyahətçilər bu tarixi seçsin 

Redaktor

31.08.2025 14:48
581

Təyyarə bileti almaq üçün ən uyğun vaxt – Səyahətçilər bu tarixi seçsin 

Səyahət planlaşdıran insanların bir çoxu özləri üçün təyyarə biletlərinə verilən pulu ən böyük xərclərdən biri kimi hesab edir. Daha ucuz bilet almaq üçün müxtəlif yollar axtarır.

Bəzən insanlar qiymətlər ucuz olsun deyə bileti bir neçə həftə, bəzən də bir neçə ay əvvəldən almağa çalışır. Bir çox insan bilet qiymətlərinin niyə bu qədər dəyişkən olduğunu və ucuz qiymətləri necə əldə edə biləcəyini düşünür. Əslində, aviaşirkətlər dinamik qiymət siyasəti tətbiq edir və biletlər günün, həftənin, hətta ilin müxtəlif dövrlərində fərqli qiymətlərə satılır. 

Bəs uçuş bron etmək üçün ən uyğun vaxt hansıdır? Həftənin hansı günləri bilet almaq daha sərfəlidir?

Valyuta.az bu sualların cavabını tapmaq üçün aparılan araşdırmalara və təcrübələrə əsaslanaraq ətraflı məlumatı təqdim edir:

İlk olaraq qeyd edək ki, aviaşirkətlər biletlərin qiymətini tələb və təklif əsasında müəyyən edir. Yüksək tələbat olan günlərdə - bayram, yay tətili, həftəsonunda qiymətlər artır, daha az tələbat günlərində isə qiymətlər ucuz olur. Bundan əlavə, bilet satış platformaları istifadəçinin axtarış tezliyinə görə də qiymətləri dəyişə bilir.

Təhlillər göstərir ki, uçuş bron etmək üçün bir neçə ən yaxşı vaxt mövcuddur. 

Araşdırmalar göstərir ki, beynəlxalq uçuşlar üçün ən yaxşı bronetmə vaxtı uçuşdan 2-6 ay əvvəldir. Daxili uçuşlar üçün isə ucuz bilet bron etmək uçuşdan 1-2 ay əvvəl daha yaxşıdır. Adətən uçuş edəcəyiniz tarixdən cox erkən, məsələn, 3-6 ay əvvəl və ya çox gec, yəni uçuşdan bir neçə gün əvvəl bilet almaq adətən bahalı olur. Təcrübələr göstərir ki, həftənin müəyyən günlərində bileti daha ucuz almaq olur.  Məsələn, çərşənbə axşamı və çərşənbə bilet almaq üçün ən sərfəli günlər hesab olunur.

Həftə sonunda -cümə, şənbə, bazar günlərində biletlər adətən daha bahalı olur ki, bunun da səbəbi, daha çox insanın səfərini həmin günlərdə planlamasıdır.  

Ümumiyyətlə, səhər tezdən və gecə uçuşları gündüz saatlarına nisbətən ucuz olur. Biletlərin qiyməti ilin mövsümlərinə uyğun olaraq da dəyişir.  Məsələn, yanvar və fevral aylarında biletləri daha ucuz almaq olar.

Bunun əksinə olaraq, yay mövsümü və bayram günlərində biletlər daha baha satılır. Payızın ortası, yəni sentyabr və oktyabr ayları səyahət üçün ideal və sərfəli dövr hesab olunur.

Unutmayın, ucuz bilet tapmaq üçün əsas qayda, erkən planlaşdır, çevik ol və qiymətləri izləmək üçün texnologiyadan istifadə etməkdir.

Bundan başqa, səyahət planlayarkən müxtəlif aviaşirkətlərin təqdim etdiyi bilet qiymətlərini qarşılaşdıra, müxtəlif proqramlardan istifadə etmək olar. Bütün bu qaydalara əməl etməklə düzgün vaxtda doğru bileti seçməklə büdcənizə böyük qənaət edə bilərsiniz.

Günay

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kabellərə əlvida: Lazer şüaları ilə fasiləsiz enerji ötürülməsi

05.06.2026

"Meta" səbəbini izah etmədən hesabları bağlayır: Müstəqil şuradan sərt tənqid

05.06.2026

"Microsoft"un yeni kvant çipi mübahisə yaratdı: Qubit ömrü 1000 dəfə artır

05.06.2026

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05.06.2026

Azərbaycanda xarici turistlərin çəkdikləri xərclər 206 milyondan çox azalıb

05.06.2026

Ucuz telefon almaq arzusu bitdi 

05.06.2026

“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB

05.06.2026

Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir

05.06.2026

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir

05.06.2026

"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb

05.06.2026

"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib

05.06.2026

"App Store" üzərindən satışlar 1,4 trilyon dolları keçib

05.06.2026

"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək

05.06.2026

Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib

05.06.2026

Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür

05.06.2026

Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub

05.06.2026
"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

05.06.2026

"Qafqaz-Kredit" BOKT-un aktivləri və kredit portfeli azalıb

05.06.2026

92 yaşlı alim 50 ildən sonra vəzifədən getdi

05.06.2026

Prezident onları təltif etdi - Siyahı

05.06.2026

Məzənnə

Yüklənir...